Search
merkezi bank

Mərkəzi Bank dollar çatdıra bilmir

Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün keçirdiyi valyuta hərracında kommersiya banklarının ABŞ dollarına faktiki tələbatı əvvəlki hərraca nisbətən 28 milyon dollar və ya 11% azalaraq təxminən 215 milyon dollar təşkil edib. Bankların dollara olan tələbatının bu dərəcədə yüksək olmasına baxmayaraq, AMB bugünkü hərracda cəmi 60 milyon dollarlıq valyuta kütləsi satıb və faktiki olaraq real tələbatı 28% səviyyəsində təmin edib.

Bundan öncə, fevralın 26-də keçirilən əvvəlki hərracda kommersiya banklarının valyutaya faktiki tələbatı 243 milyon dollar olsa da, AMB bunun yalnız 20,6%-ni (50 milyon dollar) təmin edib. Bu səbəbdən fevralın 29-na dolların rəsmi məzənnəsi 1,5655 manat müəyyən edilib ki, bu da gündəlik 0,20% artım deməkdir. Fevralın 26-də isə rəsmi məzənnə 1,5624 manat olub. report.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir