Search
mb

Mərkəzi Bank “Bank of Baku” ilə bağlı məlumat yaydı

Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Mərkəzi Bank tərəfindən guya,  “Bank of Baku” ASC-nin lisenziyasının geri alınması ilə bağlı məlumatlar verilir.

Modern.az saytı Mərkəzi Bankın mətbuat xidmətinə istinadən məlumat verir ki, “Bank of Baku” ASC-nin maliyyə vəziyyəti sabitdir, likvidlik mövqeyi yüksəkdir, kapitallaşma səviyyəsi adekvatdır. Bankın əmanətçiləri və kreditorlarının narahatçılığına səbəb ola biləcək heç bir əsas yoxdur.

Bununla əlaqədar, Mərkəzi Bank bir daha bildirib ki, “Bank of Baku” ASC normal fəaliyyətini davam etdirir, bankın lisenziyasının geri çağırılması məlumatı həqiqətə uyğun deyil və bu məsələ ümumiyyətlə gündəlikdə deyildir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir