Search
dalgalar-müzik-yapıyor

Memarlıq möcüzəsi: musiqi yaradan dalğalar – Video

Biz doğulduğumuzdan etibarən təbiətin hər cür möcüzəsiylə qarşılaşmaq imkanını əldə edirik. Bəzən bu möcüzələrə o qədər öyrəşirik ki, onları hiss etmir və fikir vermirik. Lakin indi sizə təqdim edəcəyimiz təbiət möcüzəsinin yanından ona fikir vermədən keçmək mümkün deyil. Biz təbiətin mükəmməl ahənglə yaratdığı fərqli səsləri yarpaq xışıltısından tutmuş, dalğaların səsinə qədər eşitmişik. Lakin bu dəfə təbiət 70 metrlik böyük dəniz orqanı (nəfəsli-klavişli musiqi aləti) ilə vəhdət halında mükəmməl memarlıq nümunəsi yaradıb.

Xorvatiyanın Zadar şəhəri İkinci Dünya Müharibəsində tamamilə məhv olmuşdu. Tarixi keçmişinin məhv edilməsinə baxmayaraq, şəhər sonradan yenidən bərpa olunmuş və öz keçmiş gözəlliyini geri qaytarmışdır.  Nikola Basic adlı memar şəhərin bu faciəsini unutdurmaq və bir növ buna musiqi həsr etmək üçün qeyri-adi bir əsər yaratmaq qərarına gəlir. Zadar şəhərinin sahilində – dalğaların sahilə çırpıldığı yerdə 70 metrlik böyük orqan aləti hazırlayan memar Avropada təkrarı olmayan unikal musiqi aləti yaradır. Bu alət insanla təbiətin yaratdığı mükəmməl vəhdəti təmsil edir. Sizi həmin alət və təbiətin ahəngindən yaranmış musiqiyə qulaq asmağa dəvət edirik:




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir