Search
thumb_20160217025210985

Dövlət Neft Fondu tender elan edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə komissiyanın hesabatlarının hazırlanması üçün tender elan edib. Müsabiqədə iştirak etmək istəyən auditor təşkilatları iyunun 24-ü saat 18:00-a qədər təkliflərini ARDNF-yə təqdim edə bilər.

Tenderin şərtlərinə görə, auditor təşkilatları MHŞT üzrə komissiyanın, xarici və yerli şirkətlərin təqdim edəcəyi hesabatların təhlil edilərək tutuşdurulmasını və MHŞT standartı ilə tələb edilən digər məlumatların toplanması daxil olmaqla 2015, 2016 və 2017-ci illəri əhatə edən MHŞT hesabatlarının hazırlanmasını təmin edəcəklər.

Mənbə: Banker.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir