Search
10467948

Maliyyə Nazirliyi tender elan edir

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasında istehsal edilən və ölkə ərazisinə idxal olunan markalanmalı məhsullara tətbiq olunan aksiz markalarının yüksək poliqrafik səviyyədə və razılaşdırılmış müddətdə hazırlanması məqsədilə Tender Elan edir:

Tender keçirən: Azərbaycan Respublikası Maliyyə Nazirliyi

Ünvan: Bakı şəhəri, AZ 1022, S. Vurğun küçəsi, 135

1. Açıq tenderə razılaşdırılmış müddətdə və yüksək poliqrafik səviyyədə CİP Bakı (daşınma və sığorta xərclərini son təyinat yerinədək ödəmək) şərti ilə

– respublikaya idxal olunan tütün məmulatlarına tətbiq edilən 700 milyon ədəd;

– respublikada istehsal olunan tütün məmulatlarına tətbiq edilən 200 milyon ədəd;

– respublikaya idxal olunan alkoqollu içkilərə tətbiq edilən 10 milyon ədəd;

– respublikaya idxal olunan pivəyə tətbiq edilən 10 milyon ədəd;

– respublikada istehsal olunan alkoqollu içkilərə tətbiq edilən 50 milyon ədəd;

– respublikada istehsal olunan etil (yeyinti) spirtinə tətbiq edilən 2 milyon ədəd;

– respublikada istehsal olunan pivəyə tətbiq edilən 150 milyon ədəd aksiz markalarının çapı təklif olunur.

2. Tender proseduru 2016-cı il mayın 25-də saat 10.00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin konfrans zalında (III mərtəbə, otaq № 319) keçiriləcəkdir.

3. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

3.1. Tenderdə iştirak etmək üçün ərizə;

3.2. İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi).

4. Tender təklifləri 2016-cı il mayın 24-də saat 10.00-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinin “Aksiz markaları və müdafiəli sənədlərin dövriyyəsi” sektoruna təqdim olunmalıdır.

5. İstehsal şəraiti və məhsulları beynəlxalq standartların tələblərinə cavab verən, aksiz markalarının (və ya analoji məhsulların) çapı sahəsində azı beş il iş təcrübəsi, peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən və maddi – texniki bazası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan müəssisələr tenderdə iştirak edə bilməzlər.

6. Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməli və çap ediləcək aksiz markalarının nümunələrindən bir nüsxəni tender komissiyasına təqdim etməlidir.

7. Aksiz markaları qoruyucu elementlərə (o cümlədən holloqrama) malik olmalı, yüksək poliqrafik səviyyədə hazırlanmalı və kağızı beynəlxalq standartlara uyğun olmalıdır;

8. İddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.

9. İddiaçı təqdim etdiyi sənədlərdə özü haqqında aşağıdakı məlumatları bildirməlidir:

9.1. İddiaçının tam adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə;

9.2. İddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat;

9.3. İddiaçının son bir il əzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.

10. İddiaçı təklifin dəyərinin 5 faizi həcmində bank təminatı təqdim etməlidir.

11. Aksiz markalarının hazırlanması məqsədilə keçirilən tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciətdən və tenderdə iştirak üçün 2000 (iki min) manat ödədikdən sonra tenderin şərtlər toplusunu ala bilərlər.

Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:

VÖEN: 1400108191

Ünvan: Bakı şəhəri, S. Vurğun küçəsi, 135

Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005

M/hesab: AZ41NABZ01360100000000003944

VÖEN: 1401555071

S.W.İ.F.T. BİK: CTREAZ22

Maliyyə Nazirliyi kitab 002527-2108571

Hesab: AZ 83 CTRE 00000000000002108571

Büdcə səviyyəsinin kodu: 7,

təsnifatın kodu: 142340

12. Tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxs Azərbaycan Respublikası Maliyyə Naziliyinin vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini-sektor müdiri Aydın İsayevdir. Əlavə məlumat almaq üçün 12 aprel 2016-cı il tarixdən 24 may 2016-cı il tarixədək, saat 10.00-dan 17.00-dək müraciət etmək olar (fasilə saat 13-dən 14-dək).

Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1022, S.Vurğun küçəsi, 135, III mərtəbə, 303-cü otaq

Telefon: (99412) 404-46-94 E-mail: aydin.isayev@maliyye.gov.az

13.Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuş və rus dilinə tərcümə edilmişdir.

14.Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçirilir.

Tender komissiyası

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir