Search
10467948

Maliyyə Nazirliyi tender elan edir

Maliyyə Nazirliyi kommunikasiya avadanlığı və lisenziyalı proqram təminatının alınması üzrə tender elan edib. Bu barədə  nazirlikdən məlumat verilib.

Elana əsasən, tender iki lot üzrə keçiriləcək. Birinci lot Maliyyə Nazirliyinin mərkəzi aparatının daxili şəbəkəsi üçün əlavə kommunikasiya avadanlığının alınmasını; ikinci lot Maliyyə Nazirliyinin daxili şəbəkəsinin idarə edilməsi üçün lisenziyalı proqram təminatının alınmasını nəzərdə tutur.

Tenderdə iştirak etmək üçün dövlət rüsumu birinci lot üzrə 300 manat, ikinci lot üzrə 200 manat təşkil edir.

Tender üzrə təkliflər aprelin 25-nə qədər qəbul ediləcək. İştirakçıların təkliflərinə texniki parametrlər, işin yerinə yetirilmə müddəti, qiymət, hesablaşma forması haqqında məlumatlar daxil olmalıdır. Tender proseduru aprelin 26-da keçiriləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir