Search
dolar-1-1024x681

Dollar dəyişmək üçün sərfəli banklar

Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank İran Milli Bankının Bakı filialıdır. Bu bankda Amerika valyutası 1,52 manata alınır.

Dollar qiymətləri

Dolları ən aşağı qiymətə alan banklar isə “AFB Bank”, “Yapı Kredi Bank (Azərbaycan)” və “Zıraat Bank Azərbaycan”dır. Bu banklarda alış qiyməti 1,47 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Xalq Bank” və “Nikoyl Bank”dadır. Bu banklar dolları 1,535 manata satır. Dolları ən yüksək qiymətlə satan bank isə “Azərbaycan Beynəlxalq Bankı”dır. Bankda satış qiyməti 1,587 manatdır.

Avro qiymətləri

Avronu ən baha alan “Azərpoçt”dur – 1,73 manata. Avronun ən ucuz götürüldüyü bank isə “Günaybank”dır – 1,6705 manata. Avronu ən ucuz “Bank VTB Azərbaycan” satır – 1,752 manata. Avronun ən baha satıldığı bank isə “Azərbaycan Beynəlxalq Bankı” və “Rabitəbank”dır – 1,8108 manata.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir