Search
bank-locker

Maliyyə Palatası “Bank Standard”dakı əmanətlər haqda açıqlama verib

“Bank Standard”ın likvid aktivlərinin səfərbər edilməsi və lazım ola biləcək əlavə dövlət dəstəyinin həcmini müəyyənləşdirmək üçün məhkəmə qərarı ilə 1 ay müddətinə fiziki və hüquqi şəxslərin əmanətlərinin ödənilməsi dayandırılmışdır (moratorium qoyulmuşdur). Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat verib. “Bir ay müddətində dövlət dəstəyinin həcmi tam müəyyənləşdikdən sonra əmanətçilər öz depozitlərindən istifadə edə biləcəklər. Tətbiq olunmuş moratorium heç bir halda bankın və onun müştəriləri olan təşkilatların işçilərinə əmək haqlarının ödənişinə şamil olunmur. Artıq banka ayrılmış likvidlik dəstəyi hesabına əmək haqlarının ödənişinin keçirilməsinə başlanılıb”,- Palatadan bildirilib.

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir