Search
10467948

Maliyyə Nazirliyi satışa manat istiqrazları buraxacaq

Avqustun 30-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin ümumi həcmi 10 milyon manat qısamüddətli manat istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-nin saytına istinadən verilən məlumata görə, hərraca hər birinin nominal dəyəri 100 manat olan 100 min istiqraz çıxarılacaq. İstiqrazların tədavül müddəti 91 gündür. İstiqrazların ödəniş müddəti müvafiq olaraq 29 noyabr 2016-cı ildir.
FaktXəbər



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir