Search
1

Mərkəzi Bank maliyyə maarifləndirməsi istiqamətində tədbirləri davam etdirir

Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə maarifləndirməsi istiqamətində tədbirləri davam etdirir.

Ənənəvi tədbirlərdən olan məktəblərə səfərlər cari ilin aprel-iyun ayları ərzində layihənin əsas tərəfdaşı olan Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu ilə birlikdə Bakı və Biləsuvar şəhərlərində təşkil edilmişdir.

Belə ki, bu müddət ərzində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində, Bakı şəhərində isə 284, 210, 90, 111, 182, 217, 320, 108, 189-190, 182, 14 nömrəli tam orta məktəblərdə 450 nəfər şagirdə müxtəlif maraqlı seminarlar keçirilmişdir.

Seminar iştirakçılarına şəxsi maliyyənin idarə edilməsi və istehlakçı büdcəsinin hazırlanması, yığım mədəniyyəti və onun formalaşması, pulun tarixi, pul emissiyası, zədələnmiş pullar, kredit və əmanət haqqında məlumatlar verilmiş, milli pul nişanlarına dair maarifləndirici animasiyalar nümayiş etdirilmiş və şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. Mövzuların hədəf qruplarına lazımi səviyyədə çatdırılması məqsədilə seminarlar interaktiv şəkildə qurulmuş, maarifləndirici oyunlar və əyani vəsaitlərlə dəstəklənmişdir. Sonda sual-cavab formatlı müsabiqələr həyata keçirilərək qaliblərə hədiyyələr təqdim olunmuşdur.

Əhalinin maliyyə maarifləndirilməsinə xüsusi önəm verən Mərkəzi Bank növbəti dərs ilində də bu istiqamətdə tədbirlərin təşkilini nəzərdə tutur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir