Search
ADIF-logo

Lisenziyası ləğv edilmiş bankın əmanətçilərinə kompensasiya veriləcək

12 fevral tarixindən etibarən Rabitəbank ASC Əmanətlərin Sığortalanması Fondu  tərəfindən  “Texnikabank” ASC – nin  əmanət müştərilərinin  qorunan əmanətləri üzrə kompensasiya ödənişləri üçün agent bank seçilmişdir.
Rabitəbank ASC “Texnikabank” ASC  – nin əmanət müştərilərinin qorunan əmanətləri üzrə kompensasiya ödənişlərini Baki şəhərində fəaliyyət göstərən filiallarında həyata keçirir.

Əmanətçilər Rabitəbank-ın Mərkəz, Sahil və Nizami filiallarına müraciət etməklə kompensasiya almaq üçün ərizələri təqdim edə bilər.

Ətraflı məlumat üçün,  Rabitəbank-ın 133 nömrəli məlumat mərkəzinə zəng edərək, eldə edə bilərsiniz.

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir