Search
Bank of Baku

Dollar kreditlərinə güzəşt proqramları davam edir

“Bank of Baku” dollarla kredit verdiyi müştərilərində ödənişdə güzəşt edəcək.

“Manatın devalvasiyası nəticəsində kreditləri ABŞ dollari valyutasında olan və hazırki aylıq anunuitet məbləği ödəməyə maddi imkanı olmayan müştərilərin kredit tarixçəsinin korlanmaması, müştərilərin məmnuniyyətinin artırılması, Bankla müştərilər arasında uzun illər mövcud olan etibarın daha da möhkəmləndirilməsi və gələcəkdə tətbiq oluna biləcək güzəştlərin bu müştərilərə də şamil olunmasını təmin etmək məqsədilə Bank tərəfindən ABŞ dollarinda kreditləri olan müştərilərin kreditlərinin aylıq ödənişlərini yüngülləşdirici şərtlərlə aparılması məqsədə uyğun hesab edilmişdir. Hazırda manatın devalvasiyası nəticəsində ABŞ dolları valyutasında krediti olan müştərilərin ödənişləri ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində bankın öz imkanları və ya digər dəstək hesabına hər hansı güzəştlərin tətbiq edilməsi istisna deyil. Lakin həmin tədbirləri və onların nə vaxt tətbiq olunacağını qabaqcadan təyin etmək mümkün deyildir. Həmin vaxta qədər kreditlərin gecikməyə düşməsinin qarşısının alınması məqsədilə Bank, ABŞ Dollarında kreditləri olan müştərilərin kreditlərinin yüngülləşdirici şərtlər ilə aylıq ödəniş edilməsi barədə qərar qəbul etmişdir.

Qərara əsasən Bank müştərilərə aşağıda göstərilən güzəştlər təklif edilir.

Müştərilərin kredit üzrə aylıq ödənişinin Bank tərəfindən təyin edilmiş müəyyən hissəsinin (yüngünlləşdirilmiş aylıq ödəniş) ödənilməsi və müqavilə şərtlərinə uyğun olaraq ödənişlərin vaxtı vaxtında edilməsi şərti ilə ödənilən yüngülləşdirilmiş aylıq ödəniş məbləğlərinin yalnız əsas borc məbləğindən çıxılması;

Hər ay üçün müqavilə üzrə aylıq ödənişdən qalıq əsas borc və faiz məbləğlərinin müqavilə müddətinin sonuna keçirilməsi, o cümlədən müştərinin kredit üzrə cari gecikmə günündən aslı olaraq cərimə məbləğinin ləgv edilməsi və ya ödənilməsi;

Müqavilə müddətinin sonunda formalaşan məbləğin Bankın özü tərəfindən qəbul edilmiş və ya digər dəstəklər hesabına mümkün olan güzəştli şərtlərə uyğun olaraq baxılaraq həll edilməsi (güzəştlər tətbiq edilmiş müştərilər tərəfindən güzəştli aylıq ödənişin müqavilə şərtlərinə uyğun olaraq vaxtı vaxtında edilməsi şərti ilə);

Məsələn: Müştəri ilə bank arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə müştəri aylıq ödəməli olduğu 100 ABŞ dolları əvəzinə hər ay 58 ABŞ dolları ödəyir (Ödəniş manat ilə aparıldıqda vəsait bankın cari günə kredit ödənişləri üçün nəzərdə tutulmuş məzənnə ilə ABŞ dollarına konvertasiya edilir. Məlumat üçün, bu gün, 13 yanvar 2016-cı il tarixi 58 ABŞ dolları 1,595 məzənnəsi ilə 92,51 manat təşkil edir). 100 ABŞ dollarından qeyd olunan qaydada ödənişdən sonra qalan qalıq məbləğ müştərinin son ayının ödənişinə əlavə olunur. Bu qaydada ödənişlə müştəri aylıq ödəməli olduğu məbləğdən az ödəyir lakin gecikməyə düşmür və kreddit tarixçəsi korlanmır. Gələcəkdə də bankın öz imkanları və ya digər dəstək hesabına hər hansı güzəştlərin tətbiq ediləcəyi halda həmin son aya toplanmış vəsaitə şamil olunacaqdır.

Əlavə olaraq nəzərinizə çatdırılır ki, bu və ya digər formada ödənişləri etməkdən yayınan və gecikmədə olan müştərilər üçün gələcəkdə hər hansı bir güzəştlərin tətbiq olunması nəzərdə tutulmur.

Qeyd: Nəzərinizə çatdırılır ki, yuxarıda qeyd olunanlar sadəcə bank tərəfindən müştərinin ödəniş imkanlarını nəzərə almaqla tətbiq olunması nəzərdə tutulan yüngülləşdirici aylıq ödəniş imkanından yararlanmaq barədə müştərilərə olan bir təklifdir və bankın mütləq güzəşt tətbiq edəcəyi barədə öhdəlik götürməsini ifadə etmir. Eyni zamanda müştəri bu təklifi qəbul etməyib aylıq ödənişlərini müqavilədə göstərilən məbləğdə davam etdirməkdə sərbəstdir”.

fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir