Search
kulek-3

Küləklə bağlı müraciətlər davam edir – “Azərsığorta”

 

“Küləyin törətdiyi fəsadlarla bağlı vətəndaşlardan respublika üzrə 8 müraciət almışıq”. Bunu  fins.az-a açıqlamasında “Azərsığorta” şirkətinin nəqliyyat departamentinin aparıcı mütəxəssisi Nərmin Mehdiyeva  bildirib.

Amma müraciət edən müştərilərin avtomobilləri yalnız icbari sığorta olunduğuna görə, onlara izah edilib ki, maşına dəyən zərəri şirkət ödməməməlidir.

Belə müraciətlərin ikisi Gəncədə qeydə alınıb. Kəpəz rayon filialından bildirilib ki, avtomobilə dəymiş ziyanla bağlı 2 müraciət daxil olsa da, icbari sığorta olduğu üçün  müraciətlər  qeydə alınmayıb.

Külək yaşayış evlərinə də zərər vurub. Şirkətin Quba rayon filialının direktoru  Qadir Abdullayev isə  bir  evin dam örtüyünə təqribən 100 manat məbləğində dəymiş ziyanla bağlı müraciət daxil olduğunu  bildirib. “Azərsığorta”nın Gəncə şəhər Nizami rayon filialının direktoru  Xəqani Bayramov isə bildirir ki,  köhnə bir evin dam örtüyünə dəymiş kiçik ziyanla  bağlı  şifahi müraciət   daxil olub.  www.fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir