Search
Xonca1

Hansı Banklar Bahar endirim kredit Kampaniyasını keçirdirlər ?

Banklarımızın keçirdiyi  bu kampaniyalardan  səmərəli istifadə edə bilərsiniz. İlkin olaraq hamımızı  maraqlandıran  məsələ,  komisiya xərcləri  və illik faizlərdir. Sonra məbləğin çoxluğu, müddəti, sənəd azlığı, yaxşı xidmət, müştəri ilə davranış qaydaları və s. 

Bu kampaniyalardan istifadə etmək istəyirsiniz,  amma seçim etməkdə çətinliklə üzləşirsiniz. İstədiyiniz zaman kreditlə bağlı hər hansı bir sualınız yaranarsa “ekspertə sual ver” bölməsinə istəklərinizi göndərə bilərsiniz. Qısa zaman ərzində sizin suallarınıza cavablarımız gələcək.

“AGBank” -dan, bahar endirim kampaniyası.

“Bahar endirim kampaniyası” çərçivəsində “Nağd pul”, “Güzəşt müddətli kredit kart” və “Kredit kart” məhsulu üzrə illik faiz dərəcələrinə 6 % endirim olunacaq.

  1. Kampaniyanın müddəti : 03.03.2014-31.03.2014 dək
  2. Kreditin maksimal məbləği 10000 AZN
  3. Kreditin müddəti 3-36 ay
  4. Zamin-Tələb olunmur (fərdi hallarda zamin tələb oluna bilər)
  5. Kreditin verilmə müddəti 30 dəqiqə
  6. Yaş həddi 20-65 yaş
  7. Faktiki illik faiz dərəcəsi 29,80 %dən başlayaraq
  8. Digər banklarda krediti olan müştərilərə də kredit verilir

 

UNİBANK-dan XÜSUSİ NOVRUZ KREDİTİ

Yazın ilk müjdəsi – Unibankdan sərfəli kredit. Bayramın gəlişi münasibəti ilə Unibank müştərilərinə Novruz hədiyyəsi edir. Bu gündən martın 19-dək və martın 24-dən 26-dək istənilən Unibank filialina müraciət edən müştərilərə kredit komissiyalarında 50% endirim ediləcək. Üstəlik bütün müştərilər kreditlərdə 6%-dək endirimdən istifadə edə biləcəklər.
Komissiyaya 50% endirimli Novruz kreditindən hər kəsin faydalanması üçün Unibank filialları əksər bayram günlərində də, müştərilərinin xidmətində olacaq. Qeyri-iş günlərində – martın 24-dən etibarən müştərilər Unibank filiallarına müraciət edə bilərlər.

Peşəsindən asılı olmayaraq, 20 yaşdan 70 yaşadək Azərbaycan Respublikasının hər bir vətəndaşı şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (iş yerindən əmək haqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim etməklə, Unibank-dan 7500 AZN-dək və 48 ay müddətədək kredit götürə bilər.
Unibank 34 filialı ilə həftənin 6 günü fəaliyyət göstərir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafiki üzrə çalışır. Filiallalar nahar fasiləsiz işləyir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

 

DəmirBank “Sərfəli Novruz” adlı güzəştli kredit aksiyası keçirir

 DəmirBank Novruz Bayramı münasibətilə “Sərfəli Novruz” adlı güzəştli kredit aksiyası keçirir. Aksiya 28 mart 2014-cü il tarixinədək davam edəcək.

Aksiyanın şərtlərinə görə istehlak və ya biznes kreditləri üzrə illik faiz dərəcəsində 1%, 2%, 3% və ya 4% endirim təqdim edilir. Endirimi müəyyən etmək üçün müştəri kredit götürən zaman filialda olan xüsusi torbadan kupon çıxarmalıdır.

Müştəri aksiya çərçivəsində yalnız bir kredit məhsulundan yararlana bilər. Qeyd edək ki, aksiya ipoteka və avtomobil kreditlərinə şamil edilmir.

DəmirBank müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə və qulluqçularına kredit, mebel və məişət texnikası kreditləri, təmir və digər istehlak kreditləri mövcuddur.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

 

“Bank of Baku”dan bonus kartlarının sahiblərinə Novruz alış-verişi kampaniyası

Novruz bayramı ilə əlaqədar “Bank of Baku” Bolkart sahibləri üçün sərfəli alış-veriş kampaniyası elan edir.

Bazar ertəsi bankdan Trend-ə daxil olan məlumata görə, 19 mart 2014-cü il tarixinə qədər Bolkartın keçərli olduğu iri supermarket və mağazalarda alış-veriş edən kart sahibləri, ödənişlərini iki ay sonra etmək imkanı qazanacaq. Beləliklə, kart sahibi alış-verişini martda edib, ödənişini isə may ayında edəcək.

Bolkart sahibləri bu kampaniyadan faydalanıb bayram alış-verişlərini daha rahat həyata keçirə bilərlər.

Hal-hazırda Bolkartın keçərli olduğu 80-dən çox supermarket fəaliyyət göstərir və onlar arasında Bizim Market, Favorit Market, Səbət Market, Araz Market,Rahat Market,Macro Market və Neptunda hər gün minlərlə Bolkart sahibi alış-veriş edir.

Bolkartın keçərli olduğu supermarketlərin tam siyahısı burada: http://www.bolkart.az/?/az/stores/cat/70/
Bu gün 200.000-dən çox Azərbaycan vətəndaşı Bolkartdan bəhrələnir.
Bolkartın onlayn sifarişi: http://bolkart.az/#openorder
Ətraflı məlumat: www.facebook.com/Bolkart

 

 “Azər-Türk Bank” kreditləri komissiyasız verəcək

“Azər-Türk Bank” Novruz bayramı münasibətilə Çərşənbə axşamları yəni 4-11-18 Mart 2014-cü il tarixlərində kredit müraciəti edən müştərilər üçün özəl kampaniya təqdim etməkdədir.

Bankdan “Marja”ya daxil olmuş məlumata görə, kampaniya şərtlərinə əsasən 2 il və 3,000 AZN məbləğinə qədər kredit müraciəti edən şəxslər komissiyasız “İstehlak” və “Yenidən Maliyyələşdirmə” (Refinans) kreditlərindən istifadə edə biləcəklər.

Qeyd edək ki, Azər-Türk Bank sərfəli şərtlərlə 18%-dən başlayaraq “İstehlak” və digər banklarda mövcud borclarınızı ödəmək məqsədilə 16%-dan başlayaraq “Yenidən Maliyyləşdirmə” (Refinans) kreditləri təklif edir.

 

NBC Bank-dan “Bahar” kredit kampaniyası

NBC Bank, yazın gəlişini özündə təcəssüm etdirən Novruz Bayramı münasibəti ilə, “Bahar” kredit kampaniyasına başlayır. Kampaniya mart ayının sonuna qədər davam edəcək və bu müddətdə Bankdan pul krediti götürən hər bir şəxs kampaniyanın təklif etdiyi sərfəli kredit şərtlərindən yararlanacaq.

Qeyd olunan dövr ərzində nağd pul krediti əldə etmək istəyənlər, iş yerindən arayış təqdim etməklə nağd kreditə 3%-dək, xidmət haqqından isə 25% endirim əldə edəcəklər.

Əsas məqamlar:
Kreditin məbləği: 5.000 AZN-dək
Müddət: 24 aya qədər

Tələb edilən sənədlər:
1. Şəxsiyyət vəsiqəsi
2. İş yerindən arayış (təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından çıxarış və s.)

 

 KredAqro” BOKT Novruz Bayramı endirim kampaniyası davam edir.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı Novruz Bayramı münasibətilə böyük məmnuniyyətlə yeni və sərfəli kampaniyaya start verir. Kampaniyanın şərtlərinə əsasən təşkilatdan kredit alan yeni müştərilərə 4%-dək, təkrar müştərilərə isə 7%-dək endirimlər təklif olunur.

Kampaniya 31 mart 2014-cü il tarixində sona çatır.

Kampaniya barədə ətraflı məlumatı filial və nümayəndəliklərimizdən əldə edə bilərsiniz.

 

“BANKOfBaku”-dan “Faizləri azaltdıq!” adlı Bahar kampaniyası davam edir.

“Bank of Baku” “Faizləri azaltdıq” endirimli nağd kredit kampaniyasına başlayır. Bu güzəştli kampaniyadan bankın həm daimi, həm də yeni müştəriləri faydalana bilər.Kampanya çərçivəsində aylıq faiz dərəcəsi 1,9%-dən başlayır.

Azaldılmış faizlər cədvəli:

Kreditin müddəti (ay)

“Dostlar Klubu”nun Brilliant və Qızıl kart sahibləri üçün

“Dostlar Klubu”nun Gümüş kart sahibləri üçün

Tarixçəsi formalaşan digər təkrar müştərilər üçün

Yeni müştərilər üçün

12 – 23

23,00%

24,00%

26,00%

29,00%

24 – 30

22,90%

23,90%

25,90%

28,90%

31 – 36

22,80%

23,80%

25,80%

28,80%

Qeyd:  Məqbul tarixçəsi formalaşmayan təkrar müştərilər yeni müştəri kimi nəzərə alınır.

–   Bankla 60 ay və daha çox müddət müsbət tarixçəsi olan müştərilər isə “Dostlar Klubu”-nun Brilliant, 36 ay və daha çox müddət müsbət tarixçəsi olan müştərilər “Dostlar Klubu”-nun Qızıl, 12 ay və daha çox müddət müsbət tarixçəsi olan müştərilər “Dostlar Klubu”-nun Gümüş kateqoriyalı müştəriləridir. “Dostlar Klubu” kartını əldə etməyən müştərilər, krediti alan zaman kartını əldə edərək,  kampaniyanın üstünlüklərindən faydalana bilər.

Komissiya: Bankın “Dostlar Klubu”-nun üzvləri topladıqları bonuslar hesabına daha az komissiya məbləği ödəyəcəklər. Toplanan bonuslar komissiya haqqını tam ödəməyə kifayət edərsə, o halda komissiya haqqı ödəməkdən azad olur.

Məbləğ: Kampaniya çərçivəsində 15.000 AZN-dək kredit almaq olar.

Sənədlər: “Bank of Baku”-dan nağd kredit rəsmiləşdirmək üçün cəmi iki sənəd tələb edilir: şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (və ya rəsmi gəlirləri təsdiq edən digər sənədlər).

Ətraflı məlumat: “Bahar” yazıb 8145-ə SMS göndərin.

Kampaniyadan faydalanmaq üçün “Bank of Baku”-nun istənilən filialına müraciət etmək olar.

 

 

ALBALI-dan NOVRUZ HƏDİYYƏSİ!

Albalı bayrama bayram qatır. Bu il Novruz bayramı alış- verişini Albalı kartla edən hər kəs əlavə 3 taksit  də hədiyyə olunacaq. Martın 19-dan 26-dək Albalı (AlbalıPlus və 28 Mall Albalı) kartı ilə 3 taksit və yuxarı  alış-verişlərə, 3 taksit  də Unibankdan hədiyyə olacaq. Məsələn, kampaniya günlərində  6 aylıq ödəniş müddətinə alınan məhsul və xidmətlərin dəyərini, 9 aya ödəyə biləcəksiniz.

Novruz bayramınız Albalı ilə xeyirli və bərəkətli olsun!

 

 Kapital Bank “Köhnə elə yeni adət” gətirdi

Kapital Bank Novruz bayramı münasibətilə nağd pul kreditləri üzrə endirim kampaniyası elan edib. 11 mart tarixindən 15 aprel tarixinə qədər nağd pul krediti almaq üçün Kapital Banka müraciət edən müştərilər indi 36 ayadək müddətə, maksimim 10.000 manata qədər kredit ala biləcəklər. Üstəlik, kampaniya çərçivəsində onlara kreditlərin illik faiz dərəcəsində də 4 faiz endirim ediləcək.

Kapital Bank nağd pul kreditlərini ilkin mərhələdə özünün maaş və pensiya kart sahibləri üçün düşünüb. Kreditlər zaminsiz, girovsuz və iş yerindən arayış təqdim olunmadan verilir. Kreditlərin aylıq ödənilməsi də çox rahatdır. Ödənişləri Bankın filial və şöbələri ilə bərabər, Banka gəlmədənwww.kapitalbank.az internet saytı vasitəsilə online rejimdə və MilliÖN şəbəkəsi vasitəsilə də də həyata keçirmək mümkündür.

Müştərilər bu sərfəli krediti Kapital Bankın filiallarında həftəiçi hər gün saat 9:00-dan 17:00-a qədər, şənbə günləri isə 10:00-dan 14:00-a qədər ala bilərlər. Əlavə olaraq, digər banklarda aktiv öhdəliyi olan müştərilərə də kredit verilir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 11 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Sorğu Mərkəzinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

 TuranBankdan “Baden-Badenə səyahət” kampaniyası!

 TuranBank Novruz Bayramında müştərilərini sevindirmək məqsədilə yeni “Baden-Badenə səyahət” kampaniyasına başlamışdır. Kampaniyanın şərtlərinə əsasən fevral ayının 21-i mart ayının 19-u (daxil olmaqla) tarixləri aralığında  bankın bütün satış nöqtələrində 2000 AZN-dən 10000 AZN-dək istehlak krediti (Kiçik Həcmli İstehlak, Müəllim, Səhiyyə, Hərbçi, Təqaüdçü, Tələbə və Yubiley kreditləri) alan hər 100-cü müştəri Baden-Baden şəhərinə səyahət turu qazanacaq. Səyahət paketinə aviabilet, səyahət sığortası və mehmanxanada bir həftəlik qalma haqqı daxildir. Kampaniyada bankın istər mövcud, istərsə də yeni müştəriləri iştirak edə bilər.

 

www.taraz.az

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

}”�<��1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir