Search
Close-up of human hand holding plastic card in payment machine

KREDİT KARTI NƏDİR?

Kredit kartı – sizə ayrılmış kreditinin köçürülməsi üçün nəzərdə tutulmuş bank kartıdır. Dünyada kredit kartları adi istehlak kreditinin alternativ üsulu kimi qəbul edilir. Bu cür kartlar vasitəsilə öz ehtiyaclarını bank tərəfindən müəyyən edilmiş limit çərçivəsində bankın vəsaitləri hesabına ödəmək olar. Limitin həcmi sizin gəlirinizdən və kredit tarixçənizdən asılıdır.
Dünyada ən çox yayılmış kartlar – VISA International və MasterCard Worldwide. Onların vasitəsilə alış veriş etmək, xidmət haqqlarını ödəmək və bankomatlardan nağd vəsaitləri əldə etmək olar. Kredit kartları imkanların səviyyəsinə görə, xidmət şərtlərinə və əlavə xidmətlərinə görə elektron (electron), klassik (classic), qızıl (gold) və platin (platinum) kartlarına ayrılır.
Adətən banklar müəyyən müddətdən sonra (3 aydan 1 ilə qədər) kredit limitini artırmağa imkan verirlər. Əgər bu müddət ərzində siz ödəniş intizamına riayyət etməyinizi sübut etsəniz sizə qarşı bankın etibarı artacaq və o sizə daha yüksək kredit limitini ayırmağa hazır olacaq.
KREDİT KARTIN XÜSUSİYYƏTLƏRİ
Nağd pulnan müqaisədə kredit kartların bir sıra üstünlükləri var. Beynəlxalq sərhədlərini keçəndə kartda olan pul vəsaitlərini bəyannamədə göstərmək lazım deyil. Xaricdə olarkən valyuta mübadiləsi problemlərini yaddan çıxarmaq olar, çünki beynəlxalq ödəniş sistemlərin kartlarında istifadə edərək siz istənilən yerdə ödəniş etmək və ya nağd pul ala biləsizni – bank avtomatik olaraq valyuta mübadiləsini həyata keçirəcək.
Kredit kart vasitəsilə istənilən xidmət və məhsulları ödəmək olar – mehmanxana xidmətini, restoran, telefon xərcəlrini, təyyarə və qatar biletlərini almaq, kirayə maşın götürmək və s. Bunda əlavə kredit kart sahibləri bankın partnyor-nöqtələrində (restoran, mehmanxana, fitnes-klub, turizm və xidmət şirkətləri və s.) müəyyən güzəşt və imtiyazlardan faydalana bilərlər.
Karta sahib olarkən Siz 24 saat ərzində öz hesabınızı idarə edə biləsiniz, həmçinin hesabınızda istifadə etmək hüququnu yaxınlarınıza da verə biləsiniz – bunun üçün yalnız əlavə kart sifariş etmək kifayyətdir.
Kredit kartın əsas üstünlüyü – Güzəşt Müddəti (Grace Period), bu müddət ərzində (adətən 20-50 gün) götürdüyünüz kreditə faiz hesablanmır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir