Search

«Bank Standard» yeni internet-bankçılıq xidmətini istifadəyə verib.

Azərbaycanın «Bank Standard» QSC yeni, «SmartBank» internet-bankçılıq xidmətini təqdim edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, müştərilər artıq bir dəfə «SmartBank» xidmətinə qoşulmaqla öz vaxtına qənaət edərək bütün bank əməliyyatlarını operativ şəkildə yerinə yetirə biləcəklər.

«SmartBank» xidməti dünyanın istənilən nöqtəsindən müştərilərə ən uyğun olan vaxtda bütün bank əməliyyatlarını həyata keçirmək imkanı yaradır. Bunun üçün sadəcə fərdi komputerin və ya smartfonun və  internet çıxışının olması kifayətdir. Qeyd edək ki, 24 saat aktiv olan «SmartBank» xidməti ilə hesablar, kartlar, əmanətlər, köçürmə və ödənişlər idarə oluna bilər.

«SmartBank»ın maraqlı həllərindən biri də şablonlar yarada bilmək imkanıdır. Öncədən yaradılan şablonlar vasitəsilə ödənişlər təyin edilmiş müddətə görə avtomatik olaraq həyata keçirilir. Üstəlik bu şablonları birdəfəlik və ya daimi əsaslar üzrə işlətmək mümkündür.

«SmartBank» xidməti «Bank Standard»ın bütün yeni və mövcud müştəriləri üçün nəzərdə tutulub. Xidmətdən istifadəni aktivləşdirmək üçün bankın Azərbaycan prospekti,4 ünvanında yerləşən baş ofisinə yaxınlaşmaq kifayətdir. Həmçinin, «SmartBank»a https://smartbank.azsaytı vasitəsilə və ya «AppStore» və «Google Play»dən proqramı pulsuz yükləyərək daxil olmaq mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir