Search
Pasha_bank_logo_aze_180712

PAŞA Bank Zaqatalada yeni Biznes Mərkəzini açdı

Azərbaycanın ən iri banklarından biri – PAŞA Bank Zaqatala şəhərində öz yeni Biznes Mərkəzinin fəaliyyəti üçün lisenziya aldı. Bu barədə Trend-ə bankdan bildirilib.

PAŞA Bankın İdarə Heyətinin sədri Fərid Axundovun 25 iyunda Zaqatala Regional Biznes Mərkəzinin açılış mərasimində qeyd etdiyi kimi, yeni Biznes Mərkəzi Kiçik və Orta Sahibkarlarla (KOS) tərəfdaşlığa xüsusi diqqət yetirəcək: “Mərkəz Zaqatala və ümumiyyətlə şimal-qərb regionunda fəaliyyət göstərən sahibkarlara maliyyə vasitələrindən istifadə imkanı verəcək. Həmişə olduğu kimi PAŞA Bank hər bir müştərisinə fərdi yanaşaraq, hər iki tərəfin maraqlarına cavab verən işgüzar münasibətləri inkişaf etdirəcək”.

Digər Biznes Mərkəzləri kimi, PAŞA Bankın yeni regional mərkəzində bütün növ korporativ bank xidmətləri göstəriləcək: kreditlərin verilməsi, hesablaşma-kassa əməliyyatlarının aparılması, bank kartlarının verilməsi və kart xidmətlərinin göstərilməsi, kapital bazarına çıxışın təmin olunması, ticarət maliyyələşdirilməsi məsələləri üzrə konsultasiyaların keçirilməsi, depozitərin cəlb olunması və s.

PAŞA Bankın yeni Biznes Mərkəzi Zaqatala şəhəri, F. Əmirov küçəsi 57A ünvanında yerləşir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir