Search
banknews.az_2016-04-01_05-37-17

“KredAqro”nun filialında vakansiya

“Kred Aqro” İsmayıllı filialı üzrə regional hüquq məsləhətçisi vəzifəsinə işçi axtarır. 25 yaşdan yuxarı ali hüquq təhsilli, bank sektorunda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan, İsmayıllı, Göyçay və ya Ağdaş şəhərində yaşayan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi may ayının 12-dir.

Namizədə tələblər
– Hüquq sahəsində ali təhsilinin olması
– İsmayıllı, Göyçay və Ağdaş şəhərində yaşayanlara üstünlük verilir
– Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi
– Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi
– Azərbaycan dilini mükəmməl səviyyədə bilmək
– Yüksək qavrama və öyrənmə qabiliyyəti
– İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
– Kompyuter bilikləri
– Bank sektorunda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan, şəxslərə üstünlük verilir.
İş barədə məlumat
– Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Təşkilatı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi
– Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması
– Təşkilata qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması
– Təşkilat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin hazırlanması
– Təşkilatın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq təşkilatdaxili normativ sənədlərin hazırlanması, sənədlərə dair hüquqi rəylərin verilməsi
– İcra işləri üzrə İcra məmurları ilə işləmək
– Rəsmi yazışmaları təmin etmək

CV-lərin mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə recruitment@kredaqro.com elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Ünvan: Bakı şəhəri, Nizami küç. 1/3 Sapphire Plaza, AZ1001

Telefon: (+994 12) 441-21-34




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir