Search
images

“KredAqro” filiallara işçi axtarır

Regional risklərin idarə edilməsi üzrə mütəxəssis

Masallı-Lənkəran, Xaçmaz, Zaqatala-Balakən, Qax, Tovuz, Ağstafa, Göyçay filialları

Vəzifəyə olan tələblər

– Ali təhsilli olması,
– Bank sistemində və yaxud qeyri bank sisteminde azı 2 il iş stajı
– Kollektivdə işləmək qabiliyyəti,
– Maliyyə hesabatlarını tərtib etmək, onları təhlil etməyi bacarmaq, kredit sifarişini   düzgün qiymətləndirmək və tövsiyyələr vermək üçün düzgün qərar qəbul etmək;
– Riyaziyyat, iqdisadiyyat və ya idarəetmə sahələri üzrə baza biliklər
– MS Office proqramında işləmək bacarığı
– Azərbaycan dilini mükəmməl bilməyi

Əsas vəzifə və öhdəlikləri

– İcraatında olan problemli kreditlərin məhkəmədən kənar qaydada ləğv edilməsi və problemli kreditlərin normallaşdırılması üçün tədbirlər həyata keçirir:
– Mümkün əlaqə vasitələrindən, o cümlədən telefon vəya ünvana getməklə borclu/müştəri ilə, zaminlə və ya kreditin təminatı qoyan ilə əlaqə saxlayır;
– Borclunun və ya mülkiyyətçinin axtarılmasını və yerinin müəyyən olunması üçün mümkün tədbirləri həyata keçirir;
– Zəruri olduqda borclunun və işlə əlaqədar digər şəxslərin axtarılmasını həyata keçirir
– Problemli kreditlər üzrə bütün sənədlərin (kredit,zaminlik,girov, ipoteka və s. müqavilələr,  iş və yaşayış yerinə haqqında arayışlar, qəbzlər, və s.) təhlilini aparır

CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə və filialın adı göstərilməklə  recruitment@kredaqro.com elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir