Search
KIA logo

“KİA”ların lizinqlə satışı dayandırıldı – YENİLİK

Bu həftənin əvvəlindən Azərbaycanda Cənubi Koreya istehsalı olan “KİA” markalı minik avtomobillərinin lizinqlə satışı dayandırılıb. Bu barədə fins.az – a “KİA MOTORS” şirkətindən məlumat verilib. Məlumata görə, lizinqlə satışın dayandırılmasına şirkətin maliyyə sektorundakı tərəfdaşı – “Ansar” lizinq şirkəti qərar verib. Lizinq şərtlərinə yenidən baxılacağı gözlənilir.

Xatırladaq ki, bir qədər əvvəl Vergilər Nazirliyi Azərbaycanda fəaliyyət göstərən lizinq şirkətlərinə lizinq əməliyyatlarında sahibkarlara üstünlük verilməsini tövsiyyə edib. Nazirlikdən göndərilən tövsiyyə məktubunda lizinqlə mal satılarkən sahibkarlara, yəni VÖEN alaraq fəaliyyət göstərən və gəlirləri barədə bəyannamə təqdim etməyi bacaran şəxslərə üstünlük verilməsi tövsiyyə edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir