Search
456728_489551

Bugünkü depozit hərracında tələb təklifi ikiqat üstələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
AMB-dən verilən məlumata görə, bugünkü hərracda tələb 101 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,30% təşkil edib.
Xatırladaq ki, AMB bugünkü hərracda 50 mln. manat məbləğində vəsait cəlb etməyi nəzərdə tutub. Depozit hərracının müddəti 14 gün təşkil edir.
AMB-nin açıqlamasında deyilirdi ki, hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil edəcək.
Hərrac “Bloomberg” ticarət platformasında keçirilib.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir