Search
kaptal-bank-2

“Kapital Bank”dan təhsil sahəsinin işçilərinə yeni kampaniya.

Kapital Bank 5 Oktyabr Müəllimlər Günü ərəfəsində təhsil işçiləri üçün yeni kampaniyaya start verib. Təhsil sahəsində çalışan və Kapital Bankın maaş, yaxud pensiya kartlarına sahib olan şəxslər “Təhsil işçiləri üçün Əla kredit kampaniyası” çərçivəsində nağd pul kreditlərini Bankdan indi 5 % endirimlə ala bilərlər.

Kampaniya 10 sentyabr 2014-cü il tarixindən 10 oktyabr 2014-cü il tarixinə qədər davam edəcək. Nağd pul kreditini Kapital Bankın bütün filiallarından almaq olar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 8 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir