Search
Genclik Mall

“Kapital Bank” Gənclik Mall-da 90-cı filialını açdı

Kapital Bank filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində metronun Gənclik stansiyasının yaxınlığında yerləşən Gənclik Mall ticarət-əyləncə mərkəzində sayca 90-cı filialını istifadəyə verib. Müştərilər yeni konsepsiya əsasında təmir edilən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Kapital Bank-ın yeni Gənclik Mall filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi, hesabların açılması və sair bank xidmətləri təklif edir.Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin optimallaşdırılması istiqamərində müəyyən tədbirlər həyata keçirir. 2016-cı il ərzində Bankın 3 şöbəsi filiallara yönəldilib. Bu il ərzində ümumilikdə 4 şəhər və 6 regional filial binası yeni konsepsiyaya uyğun əsaslı təmir olunacaq. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Kapital Bank открыл 90-й филиал в Gənclik Mall!

Kapital Bank в рамках проекта оптимизации филиальной сети, открыл новый филиал в торгово-развлекательном центре Gənclik Mall расположенный недалеко от станции метро «Гянджлик». Новый филиал обладает всеми возможностями для оказания качественного клиентского обслуживания.

Филиал Gənclik Mall предлагает клиентам расчетно-кассовое услуги, прием вкладов и депозитов, различные виды потребительских и бизнес кредитов, платежные карты, денежные переводы, оплату услуг связи, коммунальных и прочих услуг, обмен валюты, открытие счетов и другие банковские услуги.

Следует отметить, что в целях оптимизации филиальной сети, функции 3-ёх отделений банка были перенаправлены в различные филиалы. Также в 2016-м году Банк отремонтирует еще 4 городских и 6 региональных филиалов по новой концепции. Целью оптимизации филиалов является предоставления клиентам более качественного и комфортного обслуживания.

Kapital Bank имеет самую широкую сеть обслуживания   и оказывает услуги населению в 90 филиалах и 2-х отделениях по всей стране. Более подробную информацию о продуктах и услугах банка можно получить на сайте www.kapitalbank.az, страницах банка в социальных сетях, а также, позвонив в центр обслуживания клиентов по номеру 196.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir