Search
2def6d7f7642ae29d347d3ca8903d779_XL

“Bank sektorunun üzləşdiyi risklər və çağırışlar” mövzusunda Forum uğurla başa çatıb

26 may 2016-cı il tarixində “Holiday İnn Baku” otelində Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) təşkilatçılığı “Gələçəyə baxış: Bank sektorunun üzləşdiyi risklər və çağırışlar” mövzusuna həsr olunmuş II Bakı Risk Forumu keçirilib.

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasından daxil olmuş məlumata görə, Forumda ölkənin və regionun nüfuzlu risk peşəkarlarını, maliyyə analitiklərini, beynəlxalq reytinq agentliklərini, dövlət və özəl sektorun nümayəndələrini bir araya gətirən forumda 30-dan artıq təşkilatdan 100-ə yaxın nümayəndə iştirak edib.

Əsas məqsəd bank sektorunda risklərin idarə olunması istiqamətində görülən işlər, müasir meyllər, normativ-hüquqi sənədlər, yaranan problemlər və onların aradan qaldırılmasını həm təcrübi, həm də nəzəri baxımdan müzakirə etmək, I Bakı Risk Forumundan ötən iki il ərzində dünyada maliyyə sektorunda baş verənləri qiymətləndirmək və nəticələr çıxarmaqdır.

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının rəhbərliyi, üzvləri, risklərin idarə olunması üzrə ekspert qrupu və “Risk” jurnalının təmsilçiləri, Azərbaycan Bank Tədris Mərkəzi, Rusiyanın Risklərin İdarəedilməsi Cəmiyyəti, Beynəlxalq Maliyyə Təşkilatı, “Moody’s”, KPMG, Deloitte kimi maliyyə və audit təşkilatlarının məruzələri ümumi məqsəddən irəli gələn mövzulardan ibarətdir.

II Bakı Risk Forumu həmçinin sektorda peşəkar mütəxəssis hazırlığı, ixtisaslaşma və ixtisasartırma sahəsində problemlərə də toxunur. Bu məqsədlə Azərbaycan Dövlət İqtisad Universitetinin, ADA Universitetinin, Qafqaz və Xəzər Universitetlərinin səlahiyyətli nümayəndələri Forumun fəal iştirakçılarıdır.

Forum qlobal mövzular və onlar ətrafında maraqlı müzakirələr şəraitində davam etdi. Risk peşəkarlarının Forumdan gözləntiləri və Foruma töhfələri iştirakçılar tərəfindən maraqla qarşılandı.

Qeyd edək ki, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası 19 mart 2009-cu ildə təsis edilib. Hazırda Assosiasiya 1000-dən çox fərdi, 20-dən çox korporativ üzvə malikdir.

Mənbə: Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir