Search
photo_30301

IV İslam Həmrəyliyi Oyunlarının yeni loqosu təqdim edilib

12-22 may 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının yeni loqosunun və Oyunların brendinin təqdimat mərasimi keçirilib.

Tədbirdə bildirilib ki, azərbaycanlı dizaynerlərin hazırladığı loqo islam dövlətlərinin tarixi, irsi və mədəniyyətini özündə birləşdirib.

Qeyd olunub ki, Yeni Bakı 2017 brendində əsas mövzu müsəlman dövlətlərinin əksəriyyətinə xas zəngin mədəni ənənənin tərkib hissəsi olan xalçaçılığın müasir təsviridir.

Brenddə islam dünyasının sənətkarlığını, mədəniyyətini və çoxəsrlik ənənələrini əks etdirən qalın rəng palitrasından istifadə edilib.

Xalça kombinasiyasındakı elementlər Azərbaycan irsini simvolizə edir. Bu elementlər UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilmiş Qobustan Milli Parkındakı qaya üzərində tarixi təsvirlərə ehtiram əlaməti olaraq idman növləri ilə eleqant şəkildə birləşdirilib.

Mənbə: APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir