Search
2172b303ba0bdf34db6249ca01ad9675_XL

İstirahət mərkəzləri məcburi sığortalanacaq

Azərbaycanın istirahət və əyləncə mərkəzləri burada baş verən bədbəxt hadisələrə görə, müştərilər qarşısındakı məsuliyyətlərini məcburən sığortalamalı olacaqlar. Bu yenilik turizmlə bağlı yeni qanun layihəsində nəzərdə tutulub.

kreditxeber-in  fins.az-a istinadən xəbər verir ki, bunu Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev bildirib.

Nazirlikdən fins.az-a verilən məlumata görə, “Turizm haqqında” yeni qanunda istirahət mərkəzlərinin məsuliyətinin sığortası ilə bağlı bir neçə variant nəzərdən keçirilir. Bunlardan biri, mülki məsuliyyətin icbari  sığortaanmasıdır.  Digər variant, mülki məsuliyyətin könüllü sığortalanmasıdır – amma könüllü olmasına baxmayaraq əslində bu sığorta da məcburi xarakter daşıyacaq , çünki belə sığortası olmayana istirahət mərkəzi və ya otel kimi fəaliyyət göstərmək üçün lisenziya verilməyəcək.

Nəhayət, 3-cü varianta görə, otel və ya istirahət mərkəzi burada baş verən bədbəxt hadisəyə görə, zərərçəkənə kompensasiya ödəyəcəyi barədə bank zəmanəti təqdim etməli olacaq. Başqa sözlə, hər 3  halda turizm obyektindən öz məsuliyyətini məcburi sığortalamaq tələb olunacaq.

“Qanunda bu variantlardan biri və ya hər üçü nəzərdə tutula bilər ki, turizm obyektləri özlərinə daha uyğun variantı seçsinlər, amma bu variantlardan biri hökmən tətbiq ediləcək” – deyə nazirliyin hüquq şöbəsindən bildirilib.

Xatırladaq ki, ötən il istirahət mərkəzlərinin birində baş verən bədbəxt hadisə nəticəsində izyaşlı İmran Cəfərzadə ağır xəsarətlər almışdı. Sonradan dövlətin dəstəyi ilə müalicə olunmuş az yaşlı İmran Cəfərzadəni xatırladan nazir Ə.Qarayev hazırda turizm obyektlərində təhlükəsizlik məsələləri ilə bağlı monitorinqlərin keçirildiyini bildirib: “Hansı iistirahət mərkəzlərində lazımi ölçülər götürülür və təhlükəsizlik islahatları təmin olunacaq, onlara fəaliyyət göstərməyə icazə veriləcək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir