Search
Boss-Cartoon

İşdə qəbul edəcəyimiz əsas məsələ.

Mükəmməl hesab etdiyiniz  layihə artıq hazırdır, bossunuz isə etməli olduğunuz düzəlişləri sadalayır. Ruhdan düşməyin, konstruktiv tənqid istənilən işin əsas hissəsidir. Bu məqalədən  tənqidləri qəbul etməyin  və işinizi ən yaxşı şəkildə görməyin yollarını öyrənəcəksiniz.

1.Mükəmməl olmadığınızı qəbul edin. Gördüyünüz bütün işlərin problemsiz ötüşəcəyinə inanırsınızsa, özünüzü aldatmış olursunuz. Siz mütləq səhvlərə yol verəcəksiniz,əsas olan onlardan nəticə çıxarmaqdır.

2.İşinizi dəfələrlə yoxlayın. İşinizi qurtardıqdan sonra və onu bossunuza təqdim etməmişdən əvvəl, hər şeyi bir daha diqqətlə nəzərədən keçirin. Bu, kiçik səhvləri aradan qaldırmaqda sizə yardımçı ola bilər.

3.Diqqətlə dinləyin. Tənqidi rəyləri qəbul etməkdən imtina edirsinizsə,çox güman ki, eyni səhvlərə bir daha yol verəcəksiniz. Qeydlər götürün və buraxdığınız səhvləri necə düzəldəcəyiniz barədə düşünün.

4.Qəbul etdiyiniz tənqidlərdən nələr öyrənə biləcəyiniz haqda düşünün. Özünüzü müdafiəsiz hesab edir və ya əsəbiləşirsinizsə, eyni sualı təkrar edin: “Mən nə öyrənə bilərəm ?”

5.Bütün tənqidlərə baxmayaraq xoşbəxt olun. Tənqidin sizdə ruh düşkünlüyü yaratmasına imkan verməyin.

Göstərişlər:
• Nə etdiyinizdən asılı olmayaraq, bunun ən yaxşısı olduğundan əmin olun. Tənqid qəbul etməyi bacarmayan insanlar işində uğur qazana bilməzlər.
• Əlinizə fürsət keçərsə, üzləşdiyiniz tənqidləri kiminləsə müzakirə edin.
• Unutmayın ki, tənqidə məruz qalan siz yox, işinizdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir