Search
entry-1-globe

İnternetdə 1 dəqiqədə nələr olur?

Biznes-analitikada ixtisaslaşan Domo şirkəti İnformasiya heç vaxt yatmır adlı infoqrafika tərtib edərək internetdə informasiya axını üzrə statistikanı açıqlayıb.
Statistikaya əsasən, internetdən bütün dünya ölkələrində 2,4 milyard insan istifadə edir, şəbəkədə həyat bir dəqiqə olsun belə dayanmır, adi insanın təxminən 80 işarə çap edə bildiyi müddət ərzində internet poçt serverləri 204 milyon məktub qəbul edir, Facebook sosial şəbəkəsində 2,46 milyon şərh, Twitter mikrobloqlar servisində 277 min məlumat dərc edilir, Google axtarış sistemi 4 milyon axtarış sorğusunu emal edir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, bir dəqiqə ərzində YouTube istifadəçiləri 72 saat videomaterial yükləyir, nəhəng Amazon internet mağazası 83 min dollar dəyərində mal satır, AppStore əlavələr mağazasının kataloqundan 48 min əlavə yüklənir.
Nə vaxtsa ABŞ-da bir neçə yüz nəfər üçün kiçik şəbəkə olan internet hazırda nəhəng informasiya strukturuna çevrilib. Burada informasiyaya nəzarət etmək praktiki qeyri-mümkündür.
Milli.Az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir