Search
inflation-rate-september-2014

İnflyasiya 12%-i ötəcək

Azərbaycan hökuməti 2016-cı ildə orta illik inflyasiyanı 12,1% səviyyəsində proqnozlaşdırır. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Daha əvvəl Azərbaycan hökuməti 2016-cı ildə orta illik inflyasiyanı 4,4% səviyyəsində proqnozlaşdırırdı. Lakin 2015-ci ilin dekabr ayında manatın devalvasiyasından sonra inflyasiya üzrə proqnoza təkrar baxılmasına zərurət yarandı.

“2016-cı ildə inflyasiya 12,1% səviyyəsində proqnozlaşdırılır”, – deyə nazirlikdən qeyd ediblər.

2015-ci ildə ölkədə orta illik inflyasiya 4% təşkil edib.

Mənbə:  “İnterfaks-Azərbaycan”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir