10125948-2-c7c9385924bfe67e53dc1bcdbeaf3e5e

İki Qardaşın Düşmənçiliyindən Yaranan İki Marka: Adidad və Puma’nın Hekayəsi

Qardaş davasının nəticəsində yaranan markaların rəqabəti.

1930-cu illərdə Almaniyanın Herzogenaurach şəhərində Adolf Dassler və Rudolf Dassler adında iki qardaş yaşayırdı.

Bu qardaşlar ayaqqabı hazırlayaraq satdıqları bir dükan açmışdılar. Gebrüder Dassler Ohg adlanan mağazada daha çox atletlərə xitab edən modellər tikirdilər və keyfiyyəti çox yaxşı olurdu.

İlk illərində,velosipedlə enerji əldə edərək dəzgah quran qardaşlardan Adi daha çox dəri parçaları kəsərək ayaqqabı hazırlayırdı,daha sosial xarakterə sahib olan Rudi isə hazırlanan modellərin satışı ilə məşğul idi.

İki qardaş işlərini böyütmək qərarına gəlir. Bunun üçün 1936-cı ildə Berlin Olimpiyadasında iştirak etmək üçünAlmaniyaya gələn amerikalı atlet Jesse Owens ilə,onların hazırladığı ayaqqabı modelini geyinməsi üçün razılaşırlar. Owens ‘in həmin yarışlarda 4 qızıl medal alması həm də iki qardaşın məşhurlaşmasına səbəb olmuşdu.

Ancaq bu uğur iki qardaş arasında rəqabəti və qısqançlığı da artırmışdı. İşlə bağlı Adi və Rudi arasında problemlər artıq onların yoldaşlarına da təsir etmişdi. İki ailə artıq bir biri ilə düşmənçilik səviyyəsinə gəlmişdi.

Həmin illərdə hər iki qardaş getdikçə populyarlığını artıran Adol Hitler heyranı idi. Onlar Nazi partiyasına qoşulmuşdular hətta Wehrmach hərbi gəmisinin istehsalında iştirak etmişdilər.

İki qardaş arasında davanın dərinliyi hətta amerikalı əsgərlərin məruzəsində də yer almışdı. Belə ki, onlarda olan məlumata görə amerikalılar tərəfindən həbs olunan Rudi’ ni,qardaşı Adi şikayət etmişdi.

Artıq 1948-ci ildə artıq yollarını birdəfəlik ayırmışdılar. İki qardaş Aurach çayının iki sahilində öz fabrikalarını qurdular. Adi Dasslar,öz ad və familiyasının baş hərflərindan ibarət Adidas firmasını,böyük qardaşı Rudi Dassler isə Puma firmasını qurmuşdu.

Bu fabrikalar yaşadıqları Herzogenaurach şəhərinin müharibədən sonra bərpasında böyük rol oynayırdı. Digər tərəfdən isə bu rəqabət kiçik şəhərin əhalisinə də sirayət etmişdi və əhali iki hissəyə bölünmüşdü.

Getdikçə bu rəqabət qəsəbə sakinlərinin gündəlik həyatına da təsir etməyə başlamışdı. Adidas geyinən uşaqlarla,Puma geyinələr bir biri ilə oynamırdı. Puma tərəfdə olanlar ilə Adidas ‘ın yanında olanlar artıq küçədə salamlaşmırdı hətta evlənmirdi.

Bu hadisə illərcə böyüyüərək davam etdi. Artıq düşmənçilik Puma və Adidas işçilərində bütün şəhər əhalisinə yayılmışdı. İnsanların küçədə görüşmədən ayaqqabılarına baxması “Əyri boyunların şəhəri” olaraq tanınmasına gətirib çıxarmışdı.

Bu müharibə uzun illər davam edərkən; Rudi 1974-cü ildə, Adi isə 1978-ci ildə vəfat etdi. İnanmaq nə qədər çətin olsa da bu rəqabət və düşmənçilikonların ölümündən sonra da davam etdi. İki nəhəng marka davamlı olaraq digərini şikayət edirdi və bacardığı qədər zərər verməyə çalışırdı.

Tarixinən böyük düşmənçiliklərindən biri 21 sentyabr 2009-cu ildə nəhayət bitmişdi..

Puma və Adidas’ ın CEO’ları “21 sentyabr – Dünya Sülh Günü”ndə iki şirkət arasında oynanan dostluq oyunu ilə birlikdə 61 illik düşmənçiliyi bitirmişdi.

Pahoo.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir