Search
241216

İdxal məhsulları bahalaşıb

İyun ayında idxal olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 0,1%, MDB ölkələrindən idxal olunan məhsulların qiymətləri 0,8% yüksəlib, digər ölkələrdən idxal olunan məhsulların qiymətləri 0,1% azalıb.

Dövlət Statistika Komitəsinin açıqladığı idxal və ixrac olunan məhsulların qiymət indekslərinə istinadən verdiyi xəbərə görə, iyun ayında ixrac olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 2,1%, digər ölkələrə ixrac olunan məhsulların qiymətləri 2,6% artıb, MDB ölkələrinə ixrac olunan məhsulların qiymətləri isə 0,6% ucuzlaşıb.

Qeyd edək ki, iyunda may ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 0,5%, o cümlədən, ərzaq məhsullarının qiymətləri 1,3% azalıb, qeyri-ərzaq məhsulları 0,3% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir