Search
43851-300x168

Gülün ki, yaddaşınız güclənsin

Bu zamana kimi alimlərin gülüşlə bağlı müxtəlif araşdırmalar aparıb və fərqli nəticələr əldə ediblər. Bu dəfə isə gülüşlə bağlı yeni tədqiqatın nəticəsini sizə təqdim edirik. Belə ki, ABŞ-ın Loma Linda Universitetinin elm adamları yeni araşdırma aparıb. Araşdırmadan onlar belə nəticəyə gəliblər ki, yaşlı insanlar onları güldürən hadisələri daha yaxşı xatırlaya bilirlər. Araşdırma zamanı alimlər bəzi iştirakçılara 20 dəqiqəlik komediya filmi seyr etdirib, iştirakçılardan bəzilərinə isə hər hansı filmi seyr etmədən səssizcə oturmaqlarını tapşırıblar. Daha sonra isə hər iki qrup yaddaş testinə cəlb olunub və eyni zamanda onların stres hormonunun səviyyəsini müəyyən etmək üçün ağız sularından analiz götürülüb. Ortaya çıxan nəticələrə görə isə, gülmək insanda yaddaşa pis təsir göstərən stres səviyyəsini azaldaraq, xoşbəxtlik hormonunun səviyyəsini yüksəldir. Məhz buna görə də gülməyin insan yaddaşına müsbət təsir göstərdiyi qeyd olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir