Search
20160502_141444_resized_1

Gəncədə gənclər üçün növbəti treninq keçirilib

Mayın 2-də İqtisadiyyat Nazirliyinin dəstəyi və Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetində gənclər üçün növbəti treninq keçirilib. Bu barədə “Banknews”a Nazirliyin mətbuat xidməti məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin “Gəncə şəhərinin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər haqqında” 2016-cı il 24 fevral tarixli Sərəncamına və Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq keçirilən tədbirlərin məqsədi gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, gələcək fəaliyyətləri üçün onlara vərdiş və bacarıqların aşılanması, korporativ sosial məsuliyyət haqqında zəruri biliklərin verilməsi, Azərbaycanın tarix və mədəniyyətinin, multikulturalizm ənənələrinin və tolerantlıq mühitinin təbliğ edilməsidir.

“Biznes inkubatorların gənc sahibkarlığın inkişafında rolu”, “Biznesdə korporativ sosial məsuliyyət”, “İnvestisiya layihələrinin maliyyələşdirilməsi” mövzularını əhatə edən treninqdə biznes inkubator, sahibkarların cəmiyyət qarşısında sosial məsuliyyəti, investisiya layihələrinin maliyyələşdirilməsi, güzəştli kreditlərdən istifadə qaydaları və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb. Bununla yanaşı, tədbirdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir