Search
27494

“Gəncəbank”ın işinə hələ məhkəmədə baxılır

Bakı Apellyasiya Məhkəməsində lisenziyası ləğv edilmiş “Gəncəbank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Azərbaycan Mərkəzi Bankına (AMB) qarşı apellyasiya şikayəti üzrə məhkəməsi başa çatıb.

Agentliyin məlumatına görə, hakim Elmira Nağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib. İş aidiyyəti üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı lisenziyası ləğv edilmiş “Gəncəbank” ASC -ni məhkəməyə verib. AMB bankın müflis elan edilməsi, ləğvedici qismində “Azerbaijan İnternational Consulting Company” MMC-nin təyin edilməsi, ləğvediciyə ödəniləcək aylıq əmək haqqının 15 min manat məbləğində müəyyən edilməsi barədə tələb irəli sürüb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ASC-nin aidiyyət barədə vəsatətini təmin etməyərək, bankın müflis elan edilməsi haqqında qərar çıxarıb. Qərardan narazı qalan “Gəncəbank” apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir