Search
finca

“FINCA Azerbaijan” Kredit Supervayzeri

Vakansiya haqqında məlumat:

 “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı GƏNCƏ filialı üçün KOS (Kiçik və Orta Sahibkarlıq) məhsulu üzrə Kredit Supervayzeri vəzifəsinə işçi axtarışı elan edir. KOS Kredit Supervayzeri (KOS KS) KOS kreditlərinin satışlarına,müştərilərə xidmət göstərilməsinə və kredit portfelinin idarəçiliyinə, işin səmərəli təşkilinə və planlaşdırılmasına və KOS Kredit İşçisi heyətinin performans qiymətləndirilməsinə məsuliyyət daşıyır.

“FINCA Azerbaijan” Azərbaycan üzrə 140,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.

Vəzifə öhdəlikləri:

  • KOS müştərilərinə xidmət;
  • KOS Kredit İşçiləri komandasının istiqamətlndirilməsi və idarəedilməsi;
  • KOS müştərilərinin biznes, maliyyə və iqtisadi təhlili və qiymətləndirilməsi;
  • KOS portfelinin keyfiyyətli şəkildə inkişaf etdirilməsi və idarə edilməsi.

Yalnız aşağıdakı şərtlərə uyğun gələn işçilər ərizə ilə müraciət edə bilərlər:

  • KOS məhsulu ilə iş təcrübəsi (20.000 USD-dən çox məbləğlə),
  • Təşkilatçılıq bacarıqları,
  • İstiqamətləndirmə bacarıqları,
  • İngilis və ya Rus dili bacarıqları.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 14 Mart 2014-cü il tarixindən gec olmamaq şərtilərecruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№104/14) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.   Tel: (012) 596 33 85\86\87;

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir