Search
finanslizinq

“Finans Lizinq” ASC-nin istiqrazlarının yeni emissiyası

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Finans Lizinq” ASC -nin təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının emissiya prospekti qeydə alınmışdır.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək.

Emissiyanın parametrləri aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi AZ2014006574
Emissiyanın həcmi 400 000   AZN
Yerləşdiriləcək istiqrazların sayı 800 ədəd
Bir istiqrazın nominal dəyəri 500 AZN
İstiqrazların tədavül müddəti 720 gun
İstiqraz üzrə gəlirlilik 13 %
Faiz ödəniş dövrünün müddəti Hər 90 gündən bir
Anderrayter “Texnika Kapital Menecment” MMC

Istiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

“Finans Lizinq” ASC-nin istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az ) “Emitentlər” bölməsində yerləşdirilib.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir