Search
b00fe847fe757613ea63214361bb7f6a_XL

“Expressbank” təhlükəsizlikdə ilkə imza atıb

Expressbank öz ödəniş terminallarında pulların təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycanda növbəti ilkə imza atıb.

İstənilən ödəniş sisteminin uğuru – sistemin davamlılığı, istifadə rahatlığı və nəhayət təhlükəsizliyidir. Təhlükəsizlik mövzusuna hər zaman ciddi yanaşan Expressbank “Oberthur” və “AaBaCus” sistemlərinin dəstəyi ilə “Expressbank nağd pul təhlükəsizliyinin keşiyində” şüarı altında ExpressPay ödəniş terminallarında yeni, innovativ texnologiya tətbiq edib.

Artıq ExpressPay ödəniş terminalını yarmağa cəhd edən dələduzlar nağd pulla deyil, rəngli kağızlarla qarşılaşacaqlar. Belə ki, oğurluq zamanı terminalın balansında olan nağd pullar rəngli boyaya boyanır və nəticədə əlvan və yararsız şəkilə düşən əskinazlar oğurluq planını pozmuş olur.

Qeyd edək ki, pulu yararsız edən boyanı təmizləyən maddə mövcud deyil. Maye boyanın əl və ya hər hansı səthlə təması zamanı pozulmayacağını da nəzərə alsaq, onun bu xüsusiyyəti oğrunun ifşa edilməsinə də kömək edəcəkdir.

Azərbaycanda ilk dəfə Expressbank-da tətbiq olunan bu texnologiyadan Amerika, Şimali Koreya, Yaponiya və Avropada da istifadə olunur.

Onu da qeyd edək ki, bu gün Hilton otelində tətbiq olunan bu yeni texnologiyanın təqdimat mərasimi baş tutmuşdur. Mərasimdə bank nümayəndələri texnologiya haqqında ətraflı məlumat verərək onu ilk sınaqdan keçirmişlər.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Bərdə, Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 7000-dək POS terminal və 400-dən artıq ExpressPay ödəniş terminalıxidmət göstərir.

Click to enlarge image eb1.jpg



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir