Search
telefonlar

Ən yaxşı ağıllı telefonlar

Ən yaxşı ağıllı telefonlar (smartfonlar)

Business İnsider saytı bazardakı ən yaxşı ağıllı telefonları sıralayıb.

1. iPhone 5S

Siyahıda birinci yeri tutan  iPhone 5S yaxşı dizayn, rahat funksiyalar və zəngin tətbiq variantlarını bir araya gətirir.

2. HTC One Google Edition

HTC-Google əməkdaşlığı ilə hazırlanan bu telefon, bazardakı ən yaxşı Android telefon olaraq qəbul edilir.

3. HTC One

Metal korpusa malik olan HTC One, dizayn və istehsal keyfiyyəti baxımından Apple-in iPhone-una bərabər istehsal edilən ilk Android telefon olma xüsusiyyətini daşıyır.

4. Google Nexus 5

Google Nexus, əslində LG tərəfindən istehsal olunur.

5. Motorola Moto X

Moto X, Google tərəfindən istehsal edilən Androidin “təmiz” versiyasına malik telefonlardandır.

 

6. Samsung Galaxy S4 Google Edition

Samsung-Google əməkdaşlığı nəticəsində hazırlanan bu model,  “təmiz” bir Android təqdim edir.

7. Samsung Galaxy S4

Samsungun Galaxy  seriyasının dördüncü nəsili gözlənildiyi qədər yaxşı çıxmadı. Galaxy almaq istəyənlərə məhsulun növbəti versiyası olan S5-i almaları tövsiyə edilir.

8. Samsung Galaxy Note 3

“Fablet”  kateqoriyasını ağıllı telefonlar arasına  daxil edən Note-nin  üçüncü nəsil modeli  5,7 düym ilə bazardakı ən böyük ekrana sahib telefondur.

9. LG G2

LG-nin yeni “bayraq gəmisi” olan G2, 5 düym böyüklüyündə bir ekrana malikdir.

10. iPhone 5C

iPhone 5 ilə az qala eyni funksiyalara sahib olan iPhone 5C-də fərqli rəng variantları var.

11. Sony Xperia Z1S

Xperia Z1S, 1,5 metr dərinliyində suda yarım saat qaldıqdan sonra belə işləyir.

12. Nokia Lumia 1520

Nokianın bazara çıxardığı bu model, ilk Windows “fablet” olma xüsusiyyətini daşıyır.

13. Nokia Lumia 1020

Nokia Lumia 1020 bazardakı ən yaxşı Windows telefonu olaraq qəbul edilir.

14. Nokia Lumia İcon

Lumia İcon möhkəmliyi və kamerası ilə ön plana çıxır.

15. HTC One Max

HTC markasının ilk telefon-planşet  qarışığı olan “fablet” məhsuludur. Metal korpusa malik cihaz möhkəmdir, ancaq çox ağırdır.

16. LG G Flex

LG-nin ilk bükülmüş ekranlı telefonunun dəqiqliyi rəqibləri Samsung və Apple-dən aşağıdır.

17. BlackBerry Q10

Düyməli telefon istəyənlər üçün bazardakı ən yaxşı telefondur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir