Search
varl;

Ən varlı insanlar – SİYAHI

“Sunday Times” qəzeti bu günlərdə Böyük Britaniyada yaşayan ən varlı insanlarının siyahısını təzələyib.

Qəzet ölkədə yaşayan 104 milyarderin varidatının 301 mlr funt (507 mlrd ABS dolları) olduğunu yazıb. Əhalinin sayı ilə nisbətdə Londondakı milyarderlərin sayi 72 nəfər, Moskvada isə 48 nəfərdir.

50 ən varlı insanın siyahısına düşmək üçün şəxsin ən azı 1,7 mlrd funta sahib olması gərəkdir. Baxmayaraq ki, 10 il bundan əvvəl bu siyahıda hətta 700 mln dolları olan şəxs artıq varlı sayılırdı. İndi isə həmin məbləğ bugünkü milyarderlərə kiçik görünür.

Milyarderlərin siyahısına hazırda birincilik hindistanlı qardaşlar Şri və Qopi Hindjudca qardaşlarındadır, onların varidatı 20 mlrd dollardır.Bu qardaşlar 2006-ci ildə 58 mln funtlarından keçərək Sent Ceyms parkında 4 mülk alırlar. Və sonra mülklərin təmirinə də 58 mln funt pul xərcləyirlər. Bu mülk onlara uğur gətirir.

Hindjudca qardaşlarının birinciliyi, ötən il bu siyahıya liderlik edən “Arsenal” futbol klubunun sahibi, özbəkistanlı milyarder Alişer Usmanovu 2-ci yerə çıxarıb. Əlişir Usmanovun bugünkü sərvəti 17,9 mlr dollardır. Məşhur Acelor Mittal polad şirkətinin sahibiləri Mittal ailəsi isə 3-cü yerdədirlər.

Siyahıda 10-cu olan Britaniya kökənli Vestminstrli Hersoq da varlılar siyahısındadır. Onun sərvəti 14,3 milyard dollara çatıb.

104 varlı milyarderin siyahısında olan “Perenco” İngilis-Fransa Neft və Qaz Şirkətinin sahibləri Perrodo ailəsinin sərvətləri 6,14 mlrd funtdur.

“Sunday Times” qəzeti maraqlı müqayisə apararaq, yazır ki, ötən il sabiq SSR–dən çıxan milyarderlər üçün uğurlu olmayıb, ötən il onlar xeyli sərvət itiriblər. Əvəzində isə Böyük Briyaniyanın varlılarının varının üstünə var gəlib. Bəziləri qısqanclıq edərək , britaniyalıların uğurlarını onların iqtisadi dəyişikliklərin baş verdiyi mərkəzdə yaşamaqları ilə əlaqələndirirlər.

“Çelsi” furtbol klubunun sahibi Roman Abramoviç də 11,44 mlrd dolları ilə öyünənlər sırasındadır. “Sunday Times” qəzeti onun milyarderlər sıyahısında bir az aşağı düşməsini, yəni 9-cu yerdə olmasını Londonda yaşadığı məşhur Naytsbridj rayonunda mülklərin 50 mln funtdan 30 mln funta düşməsi ilə əlaqələndirir.

Roman Abramoviçin həmyerlisi rus milyarderi Leonid Blavatnik isə 10 mlrd funta sahibdir.

Mətbuatda bu il adı daha çox yaxşı hadisələrlə hallandırılan məşhur restoranlar şəbəkəsinin sahibi Ceym Oliver, indi də kulinariya kitabları nəşr etməyə başlayıb. Bu sahədə də uğur qazanıb. Maraqlı kulinariya kitabları onun milyonlarını artırıb. İndi Çeymi , kitabları 10 mln nüsxə satılan “Harri Poter”in müəllifi Coan Roulinqlə müqayisə etmək olar. “Harri Poter” müəllifinə 126 mln funt qazandırıb.

Milyarderlər siyahısında adları olan Viktoriya və Devid Bekhem ailəsinin sərvəti 210 mln sterlinqdir. Onların sərvəti ötən il 10 mln funt artıb. Bu sərvətin 3,4 mln funtunu isə Bekhem ailəsi xeyriyyə fonduna köçürüblər. 40 yaşlı Viktoriya Bekhem 6 ildir ki, dəbli paltar dizaynı ilə məşğuldur. Bu ilin payızında isə Londonda şəxsi paltar mağazasını açmağa hazırlaşır.

Böyük Britaniyanın varlılarının siyahısında qadınlar da yer alıblar. Təbii ki, varlı qadınlar siyahısı deyiləndə ilk növbədə Moskvanın sabiq meri Yuri Lujkovun xanımı Yelena Baturina yada düşür. Yazılanlara görə son illər xanım Baturina varidatından 107 milyard funt itirib. Bu itkiyə görə də o, siyahısında 603 mln funt varidatiyla 30-cu yerdə qərarlaşıb. Xanım Baturina Dublində, Avstriyada və Rusiyada otellərə sahibdir, “Be Open” xeyriyyə təşkilatının rəhbəri olmaqla yanaşı, Hindistanda da böyük layihələr həyata keçirir.

Boris Berezovskinin sabiq xanımı Qalina Beşarova qadınların siyahısında 914-cü yerlə kifayətlənib. Onun sərvəti 100 mln funtdur. Qalina xanım mərhum əri Berezovskidən 2011-ci ildə ayrılarkən, ondan böyük məbləğdə pul almağa müvəffəq olmuşdu. Qəzetin yazdığına görə, Rusiyadan qaçıb gizlənmək məcburiyyətində qalan keççmiş əri Boris Berezovskiyə , ölməmişdən əvvəl 3 mln funt da borc veribmiş.
Mərhum milyarder, Gürcüstan əsilli, Badri Patarkaçişvilinin Londonda yaşayan dul xanımı İnnna Qudvadze 650 mln funt sərvəti ilə 155-ci yerdədir. Onun kömür mədənləri, teleşirkətlər və iri mülklərə sahib olması haqqında məlumatlar var.

Roman Abramoviçin keçmiş arvadı İrina Malandina 155 mln funtla 599-cu yerdədir.

İdman malları satışı şəbəkəsi olan “Sports Direct”in sahibi Mayk Eşli 6,32 mlr dollar və Riçard Bronsonun “Virgin Group” şirkətinin təsisatçısının sərvəti 6,07 mlrd dollardır.

Milyarderlər siyahısına Vsest End Musiqi qrupunun və “Foxtons” rielter kontorunun sahibi 1 milyarddan artıq funtları ilə yenicə qoşulublar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir