Search
437ffa3ee9d9369a8a1a8124df35b7f4_XL

Dünyanın ən varlı adamları kimlərdir.

“Bloomberg” dünya milyarderləri barədə yeni renkinqini açıqlayıb. 2013-cü ildə planetin ən varlı adamı Microsoft-un təsisçisi və direktoru 58 yaşlı Bill Gates olub. Onun var-dövləti 15 milyard dollar arataraq  78,5 milyard ABŞ dollarına çatıb.

İkinci yerdə Meksikalı maqnat, “America Movil”in sahibi Carlos Slim (72 milyard dollar), üçüncü yerdə ispaniyalı milyader, “İnditex”  holdinqinin (moda və tekstil) qrucusu Amancio Ortega gəlir.

200 milyarderin olduğu siyahıda Facebook yaradıcısı Mark Zuckerberg 24,7 dollarlıq var-dövləti ilə 26-cı yerdədir.

George Soros 23 milyard dollarlıq varidatı ilə 36-cı yerdə qərarlaşıb.

Ötən il rusiyalı milyarderlər arasında ən çox Rusiyanın pərakəndə ərzaq satışı üzrə fəaliyyət göstərən OAO Magnit şirkətinin rəhbəri Sergey Galitskiy öz sərvətini artırıb – 5,3 milyard dollar. Ölkənin milyarderlər siyahısına isə 60 yaşlı Alisher Usmanov 20 milyardlıq sərvəti ilə liderlik edir.

Dünyanın ən gənc milyaderləri isə Facebook yaradıcısı Mark Zuckerberg və həmtəsisçisi  Dustin Moskovitzdir.

“Bloomberg”in dünya milyarderləri barədə infoqrafikası ilə burada tanış ol.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir