Search
photo_68408

Dünyanın ən gözəl kəndləri – FOTOLAR

Son zamanlar paytaxtlar, meqapolislər və populyar kurortlar favoritlər siyahısından yoxa çıxır. İndi dəbdə həm ruhən, həm də fiziki olaraq istirahət etməyin mümkün olduğu gözəl mənzərəli kəndlərdə istirahətdir. Məhz belə yerlərdə Mişlen restoranlarına, yaxşı auditoriyaya rast gəlmək, eləcə də mənzərələrdən və qədim binalardan zövq almaq olar.

1. Byovron-an-Oj, Aşağı Normandiya, Fransa

Bu kənddəki demək olar ki, bütün evlər 17-ci əsrin sonunda tikilib. Burada çox az sayda ev var və ümumilikdə 200-dən çox sakin yaşayır. Bütün kəndi gəzmək üçün 15-20 dəqiqə kifayət edir, ancaq qədim normand stilində tikilən binalara sonsuza qədər baxmaq olar.

2. Venqen, Bern Alpları, İsveçrə 

Kənd hələ 19-cu əsrin sonundan turistlərin sevimlisi olub. O, 1300 metr hündürlükdə yerləşir və buna görə də qış mövsümündə xizək kurortuna çevrilir. 100 il bundan öncə burada avtomobillər qadağan olunmuşdu. Hər il avqust ayında kənddə “Mendelson adına musiqi həftəsi” keçir, qış mövsümündən Pasxaya qədər burada məşhur Venqen marionetkalar teatrını görmək olar.

3. Zaanse-Sxans, Niderland 

Bu kənd-muzey Amsterdamdan 20 dəqiqəlik yolda yerləşir. Zaanse-Sxans 17-ci əsrin Hollandiyasını xatırladır. Burada flamand evcikləri, farfor bəzəyən, taxta klomp-ayaqqabılar hazırlayan ustaları, çəmənlikdə otlayan qoyunları görmək olar. Kənddə 30 yaşayış evi və indiyə qədər aktiv istifadə olunan 10 külək dəyirmanı var.

4. Sidi-bu-Said, Tunis

Kənd Tunisdən 20 km məsafədə yerləşir. 1915-ci ildən burada rəsmi olaraq binaların zahiri görünüşündə dəyişiklik etmək qadağan olunub və onlar parlaq göy pəncərələrlə haşiyələnən bəyaz divarlarını indiyə qədər qoruyurlar. Burada Dar El-Annabi etnoqrafiya muzeyinə, Dar Ennejma Ezzahra (“Parıldayan ulduzun evi”) ərəb və Aralıq dənizi musiqisi muzeyinə, müqəddəs Səid bulağına getmək olar.

5. Portmerion, Quinet, Uels, Böyük Britaniya 

Bu kəndlər Duirid çayının yaxınlığında yerləşir. Evlərin əksəriyyəti “folli” adlanır. Kəndə ziyarət 7,5 funt sterlinqə başa gəlir. 2012-ci ildən hər il burada “Festival №6” musiqi və incəsənət festivalı keçirilir. Gəzməli-görməli yerlərin siyahısında 1960-cı ilə aid “Herkules”, ağacdan “Köpükdə köpək” heykəllərini , “Hündür ev” – Müqəddəs Pyotr və qara qoyun, “Panteon”, zəng qülləsi, Yapon nohuru və mərkəzi meydan var.

6. Pozitano, Kampaniya, Salerno, İtaliya 

Kənd Amalfitan sahillərində yerləşir. Lattari dağları şəhəri şimal küləklərindən qoruyur və məhz buna görə burada həmişə yumşaq və rahat quru iqlim hakimdir. Pozitanoda turistlər əsas yerli çimərlik Spiaggia Grande-də, eləcə də Spiaggia del Fornillo, Arienzo, Ciumicello və La Porta çimərliklərində istirahət edə bilərlər. Hər il iyunun 15-də burada şəhər bayramı qeyd edilir.

buro247.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir