Search
photo_14149

Dünyada gedilməsi qadağan edilən 10 yer

Bəzən hesab edirik ki, planetimiz tamamilə araşdırılıb və dünya xəritəsində artıq qara nöqtə yoxdur. Böyük Coğrafi kəşflər əsri artıq geridə qalıb, insanlar öz diqqətini kosmosa yönəldib, kainatın sirlərini öyrənmək istəyir. Lakin Yer kürəsində elə yerlər var ki, insan nəzərindən yüksək hasarlarla  gizlədilib. Belə yerlər haqqında ancaq qulaqdan-qulağa yayılan məlumatlarla öyrənmək olub.

Sizlərə dünyanın heç bir turist xəritəsində adı hallanmayan yerlər haqqında məlumat verəcəyik:

1.    Hava dağı (Mount Weather)

weath3-003

190108_455530

Bu  məxfi obyekt Virciniya ştatında yerləşir. Bura fövqəladə hal zamanı Amerika hökumətinin  evakuasiyası üçün hazırlanan əsas yerlərdən biridir.

2.    Metro-2bd4ce5e02ff94531b3bf8d20f3889e30cd244881

Bu yerin varlığı hələ sübut edilməyib. Ehtimallar var ki, böyük dərinlikdə,  Moskva  metro xətti ilə  paralel başqa tunnellər də var ki, bura ilə Kremldən  FTX-nin  və Rusiya paytaxtının digər vacib müəssisələrinə getmək olar. Tikili Stalinin əmri ilə hazırlansa da, SSRİ-nin son dönəmlərində bu barədə məlumatlar yayılmağa başlayıb.

3.    39 nömrəli otaq

office-39-0909-03

Bu da varlığı sübut olunmayan yerlərdəndir. 39 nömrəli otaq  Şimali Koreyada hökumət binasında yerləşir. Ümumiyyətlə, KXDR barədə nə isə dəqiq demək çətindir. Çünki  ölkəyə bu gün də xaricilər üçün giriş demək olar ki, bağlıdır. Lakin otağın varlığı koreyalıların özləri üçün də müəmmadır. Deyirlər ki, orada amfetamin,  saxta dollarlar hazırlanır, yeni növ silahlar sınaqdan keçirilir, hətta insanlar üzərində müxtəlif təcrübələrin aparıldığı deyilir.

4. Mejqorya

(c) SECRET6 Donetsk, 2006.

SöhbətBaşqırdıstanda (RF) yerləşən və «bağlı şəhərlər» sinfinə daxil olan  yerdən gedir. Belə deyirlər ki, Mejqorya sakinləri nüvə müharibəsi olacağı təqdirdə yüksək çinli məmurların sığına biləcəyi  və Rusiya hökuməti üçün hazırlanan bunkerin təhlükəsizliyinin təmini üçün işləyir. Ehtimal olunur ki, burda  raket buraxılışı üçün komanda məntəqəsi, saysız-hesabsız xəzinə və avtonom həyat üçün vacib olan hər şey mövcuddur.

5.    Şimali Sentinel adası

a1v3vdYQHqhvMUcchI0hAXMNSF67Uc

241-620x428

Sentinelskiy-ostrov

Bu, həqiqətən də ilk insanların yaşadığı tək-tük yerlərdəndir.  Rəsmi surətdə ada Hindistanın  nəzarətindədir. Lakin  sakinlərin faktiki sayı barədə məlumat yoxdur. Araşdırmaçılar onların 50-400 arası olduğunu deyirlər. Aborigenlər adaya istənilən müdaxiləni çox aqressiv qarşılayırlar. Yaxınlaşan gəmini  ox atəşinə tuturlar. Ehtimal edilir ki, sentinellər yığıcılıqla məşğuldurlar  və bu günə kimi də od əldə edə bilmirlər. Ancaq kim dəqiq deyə bilər?..

6.    İlanlar adasıostrov_zmey

Braziliyada yerləşən bu adanın adı təsadüfən seçilməyib. Ərazidə, sözün həqiqi mənasında ilanlar mələyir: Özü də sürünənlər sinfinin ən təhlükəlilərindən sayılan nizəbaşlar (botropslar da adlanır). Sakinlərin sıxlığı belədir: 6 kv.m-ə 1 ilan. Hətta alimlər də orada görünməyə ehtiyyat edirlər.

1308847398_surtsey-7

7.    Surtsey adası

Simvolik Surtsey adaları  qrupunu bağlayır.   İslandiya sahillərində   yerləşən bu ada 1963-67-ci illərdə yerin dəriniklərindən vulkan püskürməsi nəticəsində yaranıb. İslandiya  sərt ekoloji qanunları olan ölkədir. Yeni ada da onların hüquqi nəzarətindədir. Bu adaya hətta alimlərin girişi qadağandır. Bununla belə, adada, öz təbiətinə xas olmayan bitki  – pomidor tapılıb. Deyəsən, kimsə qadağanı pozub…

8.    Vatikanın arxivi

1342116191_002

Heç kim bilmir ki, Vatikanın sirli arxivində nələr saxlanılır. Uzun əsrlər boyu ora giriş qadağan olub. Yalnız 1881-ci ildən etibarən  xüsusi seçilmiş şəxslər ora giriş əldə edə biliblər. Hesab olunur ki, orada dünyada hər şeyə aid sənədlər var. Təsəvvür edin səhifələrlə dolu olan rəflərin uzunluğu 83 km-dən çoxdur.

 

775599029.    RAF Menvit Xill

İngiltərədə Kral HHQ-nə məxsus məxfi stansiya Birləşmiş Krallıqla Birləşmiş Ştatlar arasında rabitə və kəşfiyyat dəstəyini həyata keçirir. Elektron stansiyası ilk əvvəllər  Sovet İttifaqından məlumatları toplamaq üçün istifadə olunub. Sovet İttifaqı artıq dağılıb. Lakin stansiya o vaxtdan bəri daha da inkişaf edir. Onun idarəsini isə həm də ABŞ Milli Təhlükəsizlik Agentliyi həyata keçirir.

10.    51-ci zona (Area 51)area51googleearth(1)

Məxfilik çempionu – Area-51. Yüzlərlə kitabda, filmdə və kompyuter oyunlarında adı keçən bu nəzəriyyə, yəqin ki, məxfilik simvoludur. Orada baş verənlər haqqında heç vaxt,heç kim, heç nə öyrənə bilməyib. Ən böyük versiya bu obyektdə  UNO-ların və yadplanetlilərin öyrənilməsi, yeni növ silahların və uçuş aparatlarının  sınağının keçirilməsidir. 51-ci zona  Nevada ştatında səhrada yerləşir.

Mənbə: Eurasiadiary




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir