Search
images

Bank VTB (Azərbaycan) tərəfdaş şirkətlərin əməkdaşlarına girovsuz 11 000 manatadək nağd kredit təklif edir.

Bank (VTB) Azərbaycan 11 000 manatadək olan nağd kreditlərin verilməsində müştərilərin sığortalanmasını ləğv etmiş və kredit şərtlərini yaxşılaşdırmışdır.

Bankdan “kreditxəbərə” daxil olmuş məlumata görə, Bank VTB (Azərbaycan) ASC-dən nağd kredit almaq üçün borcalanın həyat və əmək qabiliyyətinin sığortalanmasına ehtiyac yoxdur.

Adətən, banklar kredit verərkən aktivlər üzrə risklərin azaldılması məqsədilə kredit şərtlərinə uyğun olaraq borcalanın sığortalanması həyata keçirilirlər. Kreditlər üzrə sığortanın aradan qaldırılması borcalanın xərclərini xeyli azaldır.

Xatırladaq ki, Bank VTB (Azərbaycan) tərəfdaş şirkətlərin əməkdaşlarına girovsuz 11 000 manatadək nağd kredit təklif edir. Müştəri-şirkətin istənilən əməkdaşı iş yerindən arayışa və şəxsiyyəti təsdiq edən sənədlərə əsasən illik faiz dərəcəsi – 20 %-dən başlayaraq nağd kreditlər əldə edə bilər. Kreditin minimal məbləği 300 manat, kreditin müddəti isə 6 aydan 36 ayadəkdir.


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir