Search
33364

Dollarlaşma nədir? – növləri və səbəbləri

Pul insan cəmiyyətinin yarandığı bir vaxtda yaranmamışdır. Təxminən mübadilə vasitəsi kimi 6-8 min ildir ki, istifadə edilir. Onu da qeyd etmək lazımdır ki, pul mübadilə vasitəsi kimi ixtira olunmayıb. Sadəcə iqtisadi kateqoriya kimi cəmiyyətin inkişaf zəruriliyindən təbii hadisə kimi formalaşmışdır. İlk dövrlərdə mübadilə vasitəsi kimi ən sadə formada əşyalardan (barter) istidafə edilirdi. Sonrakı dövrlərdə artıq qızıl, kağız pullar, əskinazlar yaradılıb istifadə edildi.

Hətta bəzi dövrlər üçün əmtəənin pul vasitəsi kimi istifadə olunduğunu deyə bilərik. Müharibə dövründə əsir düşərgələrində siqaret pul vasitəsi kimi istifadə edilirdi. Bu hadisə Sovet İttifaqı dağılan zaman Moskvada baş vermişdir. Belə ki, insanlar siqareti mübadilə vasitəsi kimi qəbul edirdilər. İstədikləri məhsulu və ya xidməti almaq üçün pul əvəzinə siqaret verirdilər. Ona görə insanlar əllərində pul əvəzinə siqaret saxlayırdılar. Siqaret onlar üçün etibarlı vasitəyə çevrilmişdi.  Bu hadisəni indiki terminologiya ilə “siqaretləşmə” adlandıra bilərik. Artıq o dövr üçün əsas maraq zavod və fabriklərdə nə qədər siqaret istehsal olunub satılması idi.

Bu hadisə tarixdə qısa bir dövrdə baş vermişdir. Pul əsas mübadilə vasitəsi kimi istifadə edilir. Hər ölkənin özünün valyutası mübadilə vasitəsidir,lakin öz valyutası ilə bərabər digər ölkələrin valyutaları da istifadə edilir. Bu əksər hallarda ABŞ dolları olur. Bildiyimiz kimi, pulun dəyər ölçmə, ödəniş vasitəsi, yığım vasitəsi, mübadilə kimi funksiyaları var. Pulun bu funksiyaları alıcılıq qabiliyyəti ilə əlaqəlidir. Əgər ölkələrdə pul öz dəyərini itirib alıcılıq qabiliyyəti azalarsa, öz funksiyalarını yerinə yetirə bilmir, başqa ölkənin valyutası dəyər qazanır. Belə ki, insanlar öz ölkələrinin valyutasına inamı itirdikdən sonra yığım vasitəsi kimi başqa ölkənin valyutasından istifadə edirlər. Başqa ölkənin valyutasını dəyər vahidi qəbulu edib müqayisə edirlər. Ən çox istifadə edilən valyuta ABŞ dolları olduğundan bu hadisə “dollarlaşma” adlanır.

Dollarlaşmanın əsas olaraq tam və qismən dollarlaşma olaraq ayırsalar da, onun digər növləri də vardır:

Tam dollarlaşma Xarici valyutanın qanuni pul vasitəsi kimi istifadə olunması
Qismən dollarlaşma Qanuni valyuta kimi milli valyuta istifadə edilir, ancaq əməliyyatlarda xarici valyuta istifadə edilir
Real dollarlaşma Qiymətlərin və əmək haqlarının rəsmi və qeyri-rəsmi şəkildə xarici valyutaya indekslənməsi
Pul əvəzetməsi Ödəniş vasitəsi kimi xarici valyutadan istifadə
Aktiv dollarlaşması İqtisadi subyektlərin yığım vasitəsi kimi xarici valyutadan istifadə etməsi
Öhdəlik dollarlaşması Firmaların, ev təsərrüfatlarının və hökumətin xarici valyuta ilə borc alması
Maliyyə dollarlaşması Aktiv və öhdəlik dollarlaşmasının birlikdə müşahidə olunduğu haldır

Dollarlaşmanın səbəbləri

İqtisadi subyektlər gəlirlərini maksimallaşdırıb, zərərlərini minimum etmək üçün iqtisadi vəziyyəti qiymətləndirərək öz əmanətlərini daha az riskli valyutada saxlamaq istəyirlər. Bu bir növ portfel idarəetməsi sayılır. Ölkə daxilində və ya xaricində olmasından asılı olmayaraq alıcılıq qabiliyyəti az dəyişkən olan valyutanın risk dərəcəsi azdır.

Dollarlaşmanın səbəbləri

  • Əgər ölkədə yüksək inflyasiya və qiymət dəyişkənliyi varsa milli valyutada olan depozit gəlirləri aşağı olacaq. İnsanların gələcəklə bağlı gözləntiləri tam üst-üstə düşmədiyindən xarici valyutaya üstünlük verəcəklər. Bu məzənnə rejimi ilə də əlaqədardır. Belə ki, sabit məzənnə rejimi və yüksəl inflyasiya varsa insanlar milli valyutada depozit saxlamayacaqlar.
  • Mövcud məzənnə rejimi depozitlərin hansı valyutada saxlanmasına birbaşa təsir edir. Əgər ölkədə sabit məzənnə rejimi varsa, insanlar xarici valyutada depozit saxlayıb eləcə də xarici valyutada kredit alacaqlar. Yox əgər sərbəst üzən məzənnə rejimindədirsə, xarici valyuta riski artmış olur. Beləliklə dollarlaşma səviyyəsi də aşağı olur.
  • Pul siyasətinə inamsızlıq dollarlaşmanı artırır. Bu inflyasiya ilə birbaşa bağlıdır. Yüksək gözlənilməyən inflyasiya Mərkəzi banka inamı azaldır. Nəticə olaraq, insanlar pullarını xarici valyutada saxlayırlar.
  • İqtisadiyyatın açıqlıq səviyyəsi yüksək olarsa, xarici valyuta ilə kredit həcmi artacaq, nəticədə maliyyə dollarlaşması da artacaq. Buna səbəb xarici ixracat firmalarının xarici valyutada kreditlərə üstünlük verməsi, gəlirlərinin də xarici valyutada olması ilə əlaqədardır.
  • Dövlət xətti və özəl sektor tərəfindən xarici valyuta ilə borc alma imkanları artarsa dollarlaşma səviyyəsi də artmış olacaq. Belə ki, dövriyyədə olan xarici pul artmış olacaq.
  • Xarici valyuta ilə depozitlərin siğortalanması depozitlərin xarici valyutadakı riskini azaldacaq və dollarlaşmanı artıracaq.
  • Bəzən stabillik təmin olunsa belə dollarlaşmada olan gözləntilərin və psixoloji amillərin təsirilə dollarlaşma səviyyəsi hələ də yüksək olur. Bu dollarlaşma isteriyası adlanır.

Yuxarıda sadalanan bütün amillərin dollarlaşmadakı rolu ölkədəki iqtisadiyyatın inkişaf səviyyəsinə, strukturuna və tənzimləmə metodlarına görə dəyişir.

BBN.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir