Search
Zahid Sh foto 1

Banklar üçün yeni bazar imkanları

Zahid Şaliyev – Bank eksperti

Bankların kredit portfellərində problemli kreditlərin həcminin artması, daimi müştərilərlə münasibətlərin pisləşməsi, devalvasiya nəticəsində biznes subyektlərinin bir qisminin iflas etməsi və bir qisminin isə çətin maliyyə durumuna düşməsi Bank menecmentində gələcək üçün pessimis ruh yaratmışdı. Ölkə iqtisadiyyatının yaşadığı iqtisadi böhrandan ən çox əziyyət çəkən məhs elə Banklar oldu. Xüsusən də xarici valyuta ilə investisiya cəlb edərək, milli valyuta ilə kredit verən banklar bu devalvasiyadan daha çox əziyyət çəkdi. Üstəgəl dollar valyutası ilə kredit götürən bank müştərilərinə cüzi muzd müqavilində vəkillik edən “küçə hüquqşünasları” bu vəziyyəti daha da gərginləşdirdi. Belə ki onlar bankların daimi müştərilərini banka qarşı itaətsiz davranmağa, kredit ödənişindən imtina etməyə çağırır, insanları birtərəfli və yanlış məlumatlandıraraq vəziyyəti bir qədər də ağırlaşdırırdılar. Banklar qarşısında qoyulan konsolidasiya tələbləri və bir neçə bankın lisenziyasının ləğv edilməsi əmanət müştərilərində də bank sisteminə qarşı bir inamsızlıq yaratdı. Onların əmanətlərini bankdan çəkərək evdə saxlamaq istəkləri bir çox banklarda likvidlik problemi yaratdı.

Bütün bu olanların fonunda bir çox bank mütəxəssisləri, bankirlər və hətda bank səhmdarları biznes itiqamətinin dəyişdirilməsi haqda düşünməyə başladılar. Çoxları düşünürdü ki, artıq Bank erası bitmişdir.

Lakin ölkə başçısının yerli istehsalın genişləndirilməsi, milli istehsal üçün imkanların yaradılması və ixracyönümlü məhsul istehsalının təşviqinə yönəlmiş çeşidli qərar və sərəncamlar verməsi vəziyyəti əhəmiyyətli dərəcədə dəyişmişdir. İdxal-ixrac əməliyyatlarında şəffaflığın artırılması, sahibkarlığın inkişafına mane olan süni əngəllərin aradan qaldırılması, liberal iqtisadi münasibətlərə asaslanan modelin tətbiqi, ölkə başçısının aparılan islahatları səxsi nəzarətinə götürməsi və məmur fəaliyyətinə ictimai nəzarətin formalaşdırılması ciddi iqtisadi perspektivlərdən xəbər verir. Xarici investorların ölkə iqtisadiyyatına investisiya etməsi məqsədi ilə cəlb edilməsi, investisiya yönümlü layihələrə vergi güzəştlərinin tətbiq edilməsi, səmərəli xərc mexanizminin formalaşdırılması istiqamətində işlərin aparılması sadəcə vəd deyil, ciddi iqtisadi islahatlardır.

Yuxarıda sadalanan islahatlar ölkə iqtisadiyyatının maliyyə özəyi olan banklar üçün də böyük perspektivlər vəd edir. Belə vaxtda banklar mövcud vəziyyəti düzgün qiymətləndirib yeni strateji plan işləməlidirlər.

İşçi ixtisarları və vacib xərclərin azaldılması çıxış yolu deyil.

Xüsusi ilə qeyd etmək istərdim ki, idxal-ixrac əməliyyatlarında liberallığın təmin edilməsi, nəticə etibarı ilə xarici ticarətin maliyyələşdirilməsi ilə bağlı ciddi ehtiyac yaradacaqdır. Bu isə banklar üçün mühüm bazar payı deməkdir. Hazırkı vəziyyətdə banklar xarici ticarətin maliyyələşdirilməsi istiqamətində bank məhsulları işləyib hazırlamalı, kadr hazırlığını təmin etməli və iqtisadi tərəfdaşlıq etdiyimiz ölkələrdə fəaliyyət göstərən bankalrla qarşılıqlı əməkdaşlıq əlaqələri qurmalıdırlar.

Eyni zamanda qeyd etmək istərdim ki, qeyri neft sektorunun inkişafı və xüsüsi ilə kənd təsərrüfatı sahəsində aparılan islahatlar bu sahədə də real sektorun maliyyələşdirilmə ehtiyacı yaradacaqdır. Bu sahədə də banklar kadr hazırlığına ciddi fikir verməlidirlər. Belə ki bank ekspertləri xüsusi təhlil bacarıqlarına malik olmalı, biznes subyektlərinin və təsərrüfat sahiblərinin etdikləri maliyyə risklərini qiymətləndirə bilməlidirlər.

Üzümü bank-maliyyə sektorunun bütün iştirakşılarına tutub deyirəm: Pessimis fikirləri tərk edin yeni biznes layihələrinə start verin. Devalvasiya dünyanın bütün ölkələrində müəyyən vaxtlarda baş verən iqtisadi kəsirlərlə nəticələnən zaman periodudur. Mən Devalvasiyanı iqtisadi təkamülün hərəkətverici amili hesab edirəm. Bu təkamüldə zəiflər, riski qiymətləndirməyənlər və riskdən qorxanlar defold edir. Biznesinin gələcəyini istəyən hər bir iş adamı bu gün ayağa qalxıb iqtisadi rəqabətin subyektinə çevrilməlidir. Yoxsa heç vaxt qalxa bilməyəcəklər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir