Search
500-dollardan-artiq-alanlar-sexsiyyet-vesiqesi-teqdim-edecek_1568de12a131c7-xebervar_com

Dollarınızı bu banklarda dəyişin

Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Azər-Türk Bank”dır. Bu bankda Amerika valyutası 1,6350 manata alınır.

Dollar qiymətləri

Dolları ən aşağı qiymətə alan bank isə “Yapı Kredi Bank (Azərbaycan)”dır. Bu bankda alış qiyməti 1,573 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Zaminbank”dadır. Bank dolları 1,66 manata satır. Dolları ən yüksək qiymətlə satan banklar isə “Azərbaycan Beynəlxalq Bankı”dır. Bankda satış qiyməti 1,6960 manatdır.

Avro qiymətləri

Avronu ən baha alan banklar “Amrahbank”dır – 1,765 manata. Avronun ən ucuz götürüldüyü bank isə “Accessbank”, “Caspian Development Bank” və “Muğanbank”dır – 1,72 manata. Avronu ən ucuz “Zıraat Bank (Azərbaycan)” satır – 1,83 manata. Avronun ən baha satıldığı bank isə “Azərbaycan Beynəlxalq Bankı”dır – 1,8623 manata.

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir