Search
Demir_Bank_100511

“Dəmirbank”-da VAKANSİYA!

“DəmirBank” VIP şöbəsi

Əməliyyatçı-xəzinədar vəzifəsi:

Əsas vəzifə öhdəlikləri:
– Fiziki şəxs olan VIP müştərilərə bank məhsul və xidmətlərinin təqdim etmək;
– Sürətli pul köçürmələri üzrə əməliyyatların rəsmiləşdirilməsi, əməliyyatların beynəlxalq ödəniş sistemində icra olunması, iş gününün sonunda ödəniş sistemi üzrə əməliyyat günü üzrə yekun hesabatları hazırlamaq;
– Əmanət kitabçasında yazılışları aparmaq;
– Hesablarında olan vəsaitin konvertasiya edilməsi üçün VIP müştərilərdən sifarişləri qəbul etmək, yoxlamaq və icra etmək;
– VIP müştərilərə məlumat və məsləhət vermək, onlara bank məhsul və xidmətlərini reklam etmək;
– Müəyyən olunmuş limit çərçivəsində kassa məxaric sənədlərini imzalamaq, məxaricə icazə vermək;
– VIP müştəri hesabında olan vəsaiti konvertasiya etmək, müştəri tərəfindən tərtib olunan  sərəncamların, inkasso tapşırıqlarının qəbulu, onların uçotu, balansdankənar hesablarda uçota alınması və vaxtında icrasını həyata keçirmək;
– VIP müştərilərə bank hesablarının açılmasını həyata keçirmək;
– Kredit və əmanət əməliyyatlarının tam sənədləşməsini həyata keçirmək;
Sərəncamların, inkasso tapşırıqlarının qəbuluna, onların uçotu, balansdankənar hesablarda uçota alınmasına və vaxtında icrasına nəzarət etmək.
Maraqlananlar öz CV-lərini oktyabrın 13-nə qədər hr@demirbank.az elektron poçt ünvanına göndərə bilərlər. Məktunun mövzu hissəsində “əməliyyatçı-xəzinədar” yazılmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir