Search
db

“Dəmir Bank” İşə qəbul üzrə mütəxəssis

DəmirBank ASC İnsan Resursları Departamentində İşəqəbul şöbəsinə işə qəbul üzrə mütəxəssis (namizədin göstəricilərindən asılı olaraq aparıcı və baş mütəxəssis) vəzifəsinə işəqəbul elan edir.

İşin təsviri:

• Bankın işəqəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarətin aparılması;
• İşəqəbul hazırlıqlarının və iş müsahibələrinin təşkilinin təmin edilməsi;
• İşəqəbul hesabatlarının hazırlanması;
• Açıq olan vakansiyaların bankdaxili və bankxarici elana hazırlanılması və yerləşdirilməsi;
• İşəqəbul prosesi zamanı arxivləşdirmə və sənədləşmə əməliyyatlarının aparılması;
• Bankın işəqəbul siyasətinə riayət olunmasının təmin edilməsi;
• Namizədlər bazasının daim yenilənməsi;
• Vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələrin təşkil edilməsi, müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
• İşəqəbul testlərinin həyata keçirilməsi;
• Testlərlə bağlı olaraq lazımı sənədləşmə və qeydiyyata alma prosesinin idarə olunması;
• İşəqəbul  kanallarının idarəolunması və müasir metodların tətbiqinin həyata keçirilməsi;
• İşəqəbul layihələrində təşkilati işin həyata keçirilməsi;
• İlkin işəqəbul müsahibələri ilə bağlı nəticələrin hazırlanması;
• Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
• Yeni işçilərin rəsmi qeydiyyata alınması, sınaq müddətlərinin izlənilməsi;
• Rəhbərlik təfərindən təyin olunmuş digər vəzifələrin yerinə yetirilməsi.

Namizədə qarşı tələblər:

• İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsilinin olması;
• Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
• Müvafiq sahədə minimum iş təcrübəsi 1 ildən 3 ilə qədər olmalı;
• Stres altında işləməyi bacarmalı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olması;
• İşəqəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;
• Komandada işləmək qabiliyyətinə və ruhuna sahib olmalı;
• Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
• CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
• MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.
• Dinləmə, nəticə yönümlülük, məxfilik, marketinq bacarığı, hədəf yönümlülük, ünsiyyət bacarığı, vaxtın idarə olunması, səbirlilik, sürət, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlarının olması;
• Regionalara intensiv işgüzar səfərə getmək imkanının olması;
• Bəy namizədlərə üstünlük veriləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17 mart 2014-cü il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İşəqəbul üzrə mütəxəssis və ya aparıcı/baş mütəxəssis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son müraciət:
çərşənbə axşamı, Mart 18, 2014



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir