Search
24x7 support

“DəmirBank”ın “149-Məlumat Mərkəzi” 7 gün 24 saat xidmətinizdə

DəmirBank həftənin bütün günləri fasiləsiz müştəri xidmətinin inkişafı məqsədilə, “149-Məlumat Mərkəzi”-nin 24 saat iş rejimi fəaliyyətini tətbiq etdi.

Müştərilər artıq həftənin 7 günü, 24 saat (bayram və qeyri-iş günləri daxil olmaqla) bankın zəng xidmətindən yararlana bilərlər. “149- Məlumat Mərkəzi”-nə zəng etməklə, bankın göstərdiyi xidmətlər, məhsullar, cari aksiya və kampaniyalar haqda ətraflı məlumat əldə etmək mümkündür. Bundan əlavə, müştərilər istənilən vaxt Məlumat Mərkəzinə müraciət edərək, yaranmışsual, təklif və şikayətləri bildirə bilərlər.

Banka zəng qaydası şəhər nömrələrindən birbaşa 149, mobil rabitə operatorlarından isə149 və ya 012 149 –dur.

Bakı və regionlarda ən geniş filial şəbəkəsinə malik olan banklardan biri olaraq, DəmirBank gələcəkdə də fasiləsiz müştəri xidmətinin inkişafı və müştəri xidmətinin yaxşılaşdırılması istiqamətində görülən işləri davam etdirməyi planlaşdırır.

Məlumat Mərkəzi :  (012) 149

http://www.demirbank.az

www.facebook.com/demirbank.az

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir