Search
photo_22171

Çin alimləri robot qadın yaradıblar

Çinin Elm və Texnologiyalar Universitetinin əməkdaşları “Jia-Jia” adlı robot qadını geniş ictimaiyyətə təqdim ediblər.

Robot həmsöhbətlə dialoq qura bilir, sualları cavablandırır və zarafat edir. Mühəndislərin ərsəyə gətirilməsinə 3 il sərf etdikləri “Jia-Jia” emosiyaları da ifadə edir.

Əvvəlki interaktiv robotlardan fərqli olaraq, yeni robotda gözlər tam təbii şəkildə hərəkət edir. O, həmçinin danışan zaman dodaqlarını və əllərini tərpədə bilir.

Konseptual texnologiya olan robotun satışa çıxarılması gözlənilmir. Hazırda texnologiya üzərində bilavasitə robota şəhər şəraitində hərəkət etməyə imkan verən tamamlama işləri aparılır.

Mənbə: Azərtac




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir